Klassiklərin məşhur məhrəmləri


Dünya ədəbiyyatının səhifələrinə qızıl hərflərlə öz adlarını yazan bir çox ədiblərin həyat hekayəsində çoxlarının bilmədiyi məqamlar hədsiz çoxdur. Gizli qalan bu nüanslar vaxtında bəlli olsaydı, onların dünya üzrə məhşurlaşması, bəlkə də, mümkünsüz olardı. Odur ki, əsərlərini möhtəşəm deyib oxuduğumuz ədiblər heç də düşündüyümüz kimi ideal deyillər.
Doğulduğu və dəfn edildiyi gün eyni olan – 23 aprel - İngiltərə ədəbiyyatının əsas siması Vilyam Şekspirin haqqında bəziləri hələ də hesab edir ki, dahi dramaturqun yalnız adı mövcud olub. Yazılan əsərlərin əsl sahibi özlərinin tanınmasını istəməyən İngilis aristokratlarıdır. Çünki bu əsərlərin ərsəyə gəlməsi üçün Şekspirin kifayət qədər savadı olmayıb. O, dramaturgiyadan uzaq insan olub.
Tarixi sənədlərdə qeyd olunur ki, Şekspir Lyus serin meşələrində qanunsuz ov etdiyinə görə dəfələrlə həbs edilib.

Dünya ədəbiyyatında “Sevimli şair” ləqəbi ilə tanınan Corc Qordon Bayron - axsaq olub. Köklükdən əziyyət çəkən şairə manikal-depressiv psixoz diaqnozu qoyulub. Lakin bütün bu çatışmazlıqlar onu qarşı cinsi cəlb etməyə mane olmayıb Deyilənə görə, şair Venesiyada keçirdiyi bir il ərzində 250 qadını öz yataq otağına apara bilib.
Özü də münasibətdə olduğu bütün xanımların saçlarından xatirə olsun deyə kəsib saxlayırmış. Qadınlar saçlarını geri istədiyi zaman Bayron onlara öz itinin tükünü göndərirmiş.
“Alisa Möcüzələr Diyarında” əsərinin müəllifi Lyus Kerroll (əsl adı Çarlz Lyutvidj Dodcson) öz gündəliyində 30 yaşından kiçik qadınları uşaq adlandırırdı - yəni children.
Öz gündəliyində Kerroll törətdiyi bütün günahlarına görə təəssüf etdiyini bildirib. Lakin bu günahların nə olduğunu biz öyrənə bilməyəcəyik. Çünki yazıçının gündəliyinin böyük bir hissəsini qohumları məhv edib. Lakin tutarlı araşdırmalar sübut edir ki, Londonda silsilə qətlləri törədən məhz Lyus olub.
Kerroll gəzən xəstəxana olub. O, eyni zamanda artrit, plevrit, bataqlıq (lixoradka), revmatizm, eksema, çistit, xroniki miqren xəstəsi idi. Bundan başqa yazıçı yuxusuzluqdan da əziyyət çəkirdi.

"Qoca və dəniz" əsərinin müəllifi Ernest Heminquey böyük auditoriya qarşısında çıxış etməkdən qorxurdu. Eyni zamanda o, ünvanına səslənən tərifləri xoşlamırdı. Hətta ən yaxın qohumu və ya dostunun haqqında dediyi bütün tərifli sözləri yalan hesab edirdi.
Yaxın ətrafı hər zaman Heminqueyi paranoik hesab edirdi. Çünki o, hamıya Federal Təhlükəsizlik Bürsounun əməkdaşları tərəfdən izlədiyini deyirdi. Çoxları onu dəli hesab edirdi. Lakin bu həqiqət idi. Çünki sənədlər toplusu mətbuatın əlinə keçəndən sonra FTB əməkdaşlarının yazıçını daima izlədiyi ortaya çıxdı.
Yazıçının pişiklərə böyük sevgisi vardı. Evində çoxlu heyvan saxlayırdı. Bir dəfə ona mutasiya olunan “Snejok” adlı pişik hədiyyə verirlər. Meyn-kuna olan pişiyin altı barmağı vardı. Hazırda muzeyə çevirilən yazıçının evində 50-dən çox belə pişik yaşayır. Məhz turistləri də muzeyə yazıçının həyatı yox bu pişikləri görmək həvəsi cəlb edir.

Aqata Kristi isə Birinci Dünya müharibəsində iştirak edib və tibb bacısı olub. Müharibə bitdikdən sonra əzcazxanada işləyib. Məhz buna görə yazıçının detektiv əsərlərinin çoxunda sui-qəsdlərin əksəriyyəti zəhərlə həyata keçirilib. Kristinin müxtəlif zəhərlərdən çox gözəl başı çıxırdı və onları təyinatı üzrə peşəkarcasına istifadə edirdi.
Tanınmş yazıçı disqrafiya xəstəsi idi. Psixoloji problemi olan yazıçı öz əsərlərini bu xəstəlik ucbatından qələmə ala bilmirdi. Buna görə də Kristinin əsərlərini köməkçisi qələmə alırdı.
Onun yoldaşından qisası da əsərləri kimi möhtəşəm olub. Məşhur romanların müəllifi birdən yoxa çıxır. İki həftədən artıq London polisi onun axtarışıyla məşğul olur. Bir müddət sonra Kristinin avtomobilini yol qırağından tapırlar. Onun öldürüldüyü haqda müxtəlif şayiələr dolaşmağa başlayır. Günahkarların siyahısında əri birinci dayanmışdı. Çünki ortaya qoyulan faktlar bunu təsdiqləyirdi: avtomobilin Arçinin məşuqəsi ilə dincəldiyi məkandan tapılması, maşının içində Aqataya aid əşyaların olması və s.
Bu zaman Aqata mehmanxanaların birində gizlənib özü haqda deyilənləri diqqətlə izləyirdi. Onun bir istəyi var idi: ərini onun ölümündə günahkar bilsinlər. O, mehmanxanada yaşayaraq ərinin əzab çəkməsi barədə yazılan məqalələri oxuyub ləzzət alırdı. Mətbuata elan olundu ki, Aqata yaddaşını itirdiyindən kimliyini unudub. Kristini sağ və salamat tapanda qəzetlər onun "Rocer Ekroydun qətli" romanının reklam kompaniyası olduğunu aləmə car çəkdilər. Kristi hoteldə məhz ərinin sevgilsinin adı ilə - Tereza Nil adı ilə qeydə alınmışdı. Kristi özünün yoxa çıxmasını heç cür izah etmək istəmədi. Həkimlər bunu başından alıdğı zədədən sonra onda amneziya ilə əlaqələndirdilər. Yazıçının yoxa çıxma səbəbinə britanıyalı psixoloq Endryü Norman özünün "Hazır portret " kitabında aydınlıq gətirir. Onun düşüncəsinə görə, travmatik amneziya versiyası doğru deyil: çünki Aqatanın davranışları bunun əksini göstərirdi.

Anton Pavloviç Çexov orta məktəbdə sinifdə qalıb. Qəribə olsa da, bu fənn Rus-dili və Ədəbiyyatı olub. Eyni zamanda Çexov orta məktəbdə zəngin söz ehtiyatına malik olmadığı üçün çoxları onu pəltək hesab edirdi.
Yazıçı dəhşətli dərəcədə filatelist olub. Və ömrü boyu marka yığıb. Çexov yüngül həyat tərzi sürən qadınların xəstəsi olub. Gəzmədiyi əxlaqsızlıq yuvası qalmayıb.
Qeyd edək ki, Çexov dramaturq kimi də klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. Antоn Pavlоviç Çeхоv iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb.
Bundan başqa Çexov həyat yoldaşı Olqa Leonardovna Knipperə qəribə komplimentlər deyirdi: “aktrisulka”, “it”, “ilan” adlandırırdı. Və ya “ürəyimin timsahı”.

Lev Nikolayeviç Tolstoy “Hərb və Sülh”ü lazımsız bir əsər toplusu hesab edirdi. Yazıçı hətta Afanasiy Fetaya məktubunda da bunu etiraf edib : “ Mən “Hərb və Sülh” kimi lazım olmayan bir əsəri daha yazmayacağım üçün çox xoşbətəm”.
Sofya Bers Tolstoyun qəribə bir insan oldğunu xatırlayır. Belə ki, toy gecəsi yazıçı həyat yoldaşına digər qadınlar tərəfindən aldığı eşq məktublarını oxumaq üçün verib. Tolstoy bununla da keçmişi barədə bütün məlumatları həyat yoldaşına təqdim edib ki, gələcəkdə heç bir problem olmasın. Hətta yazıçı təkcə aldığı məktubları deyil, eyni zamanda gecə keçirdiyi qadınların sayını da yoldaşına təqdim edib. Burada qadınlarla birgə olan portreti də var.

Edqar ömürü boyu qaranlıqdan qorxub. Buna səbəb kimi yazıçının uşaqlıqda qəbirstanlıqda təhsil almasıdır. Onun getdiyi məktəb o qədər kasıb idi ki, şagirdlərə kitab ala bilmirdi. Riyaziyyat müəllimi isə yaxınlıqda yerləşən qəbirstanlıqda dərs keçirdi.
Şagirdlər qəbir daşının üzərində yazılan ölüm və doğum tarixlərinə baxaraq rəqəmləri əzbərləyirdi. Bu cür təhsil alan şəxs gələcəkdə qısa oçerklər, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçısı oldu.


Tarix: 01.08.2015

4005