Mayakovskinin müəmmalı mauzeri



85 il öncə Moskvanın Lubyansk keçidində Mayakovski özünü güllələyir. Rəsmi xəbərə görə, qadınlarla münasibətində, yaradıcı həyatında yaşanan uğursuz vəziyyət və siflis xəstəliyinin verdiyi əzaba dözməyən şair silahı sinəsinə dirəyərək intihar edib. Hətta rəsmi məlumatda xroniki xəstəlik deyilsə də, sonradan aparılan analizlər şairin siflisdən əziyyət çəkmədiyini ortaya qoydu. Şair hədsiz təmizkarlığın xəstəsi idi. Kiməsə toxunmasın deyə heç vaxt salam verib əl uzatmazdı. Təmizlik xəstəsi olan şair bakteriyalara yoluxmasın deyə qapı və pəncərəni hər zaman ya pencəyinin içi, ya da dəsmalla açardı.
Bundan başqa istintaqdan gizli saxlanılan bəzi sübutların araşdırılmaması bir daha şairin ölümünün intihar deyil qətl olmasına ortaya qoyur. Belə ki, Valentin Skoryatinin araşdırması 85 il əvvəl baş verən hadisənin intihar olmadığına inamı daha da artırıb.
Təkcə onu əlavə etmək olar ki, şairin yaxın dostları istintaqa verdiyi açıqlamada deyiblər ki, 14 apreldə Mayakovski ölməyi düşünməyib. Çünki 10 aprel tarixində şair Mərkəzi Komitə üçün şüarların hazırlanması istiqamətində işlər apardığını və ayın sonuna hazır olacağını bəyan edib. Nəzərə alsaq ki, yeni yaranan birliyə olan sevgi psixoloji həddə idi. Bu zəmində şairin bu şüarları yarımçıq qoyması mümkünsüzdür. Çünki Lenin Mayakovskinin dürüst danışmasını çox bəyənir və bu səbəbdən xüsusilə propaqanda da ondan yararlanmağa çalışırdı.




Qadın düşkünün xoşbəxt ailə arzusu

İkinci şübhə doğuran nüans budur ki, qadın düşkünü olan Mayakovski xoşbəxt ailə qurmaq arzusunda idi. 4 aprel tarixində şair dostlarından evi təmir olunana qədər müəyyən şəraiti olan bir ev tutmağı xahiş edib. Hətta Mayakovski Veronikaya evlilik təklifi də edib.
Polonskinin xatirələrində - Şairin ölümündən dərhal sonra onun yeni evinə Briki gəlib. Liliya isə Şenikdən (Mayakovskinin digər adı. Dostlar arasında) Arqanovla (Gizli İdarənin əməkdaşı) sevgili olduğunu gizlətmirdi. Arqanov Rusiya intelligensiyasının qatili idi. Onun əli Qumilyovun qanına batmışdı.
Şairə də silahı Arqanov vermişdi. Qəribə olsa da, silah şairin sağ əlində olub. Lakin o solaxay idi. Eyni zamanda ölüm günü yazılan protokola nəzər salsaq görərik ki, Mayakovskinin intihar etdiyi silah da dəyişdirilib. Belə ki, arxivdə qətl yerində tapılan və protokola daxil edilən Mauzer № 312045 seriyalı tapança yerinə Braunq №268979 seriyalı tapança tapılıb.
Demək, məşhur şair Lili Brikin sevgilisi tərəfindən verilən tapança ilə qətlə yetirilib.
Bundan əlavə Mayakovskinin qələmlə yox, karandaşla yazdığı ölümqabağı məktubu da şübhə doğurur. Çünki şair öz qələminə düşkün idi və heç kəsə vermirdi.
Həmçinin qələmlə çəkilən qolun kopyasını yaratmaq çox çətindir. Karandaşla isə kopya düzəltmək Aqranov üçün su içimi idi. Eyni zamanda son məktubunda ailəsinə bağlı olan şair nədənsə əmlak bölgüsündə Lilini anası və bacısından öncə yazıb. Məktubun əslini Aqranov özü götürüb. Şairin ailəsi isə onlara düşən vəsiyyəti qəzetdə çap olan materiala əsasən əldə edib.
Diqqət çəkən digər nüans; Şair ölən kimi hadisə yerinə dərhal qaçan Arqanov cinayət işi üzrə bütün materialları özü götürüb və işin gedişinə özü nəzarət edib.
Məhz buna görə, hadisə yerinə gələn şahidlərin ifadələri ciddi nəzərə alınmayıb və istintaqın gedişatından gizlədilib. Şahidlərin bildirdiyinə görə, şair ayağı qapıya tərəf yıxılı halda olub. Daha sonra gələn şahidlər isə deyib ki, şairin başı qapıya tərəf olub. Deməli, kimsə cəsədin yerini dəyişib ki, qətl barədə istintaq aparan şəxslərin intihar versiyası üzrə şübhəsi olmasın.



Bundan başqa müstəntiqlər cinayət işininin protokuluna əlavə ediblər ki, Mayakovskinin burnu sınıq olub. İntihar edən şəxsin necə ola bilər ki, burnu sınsın? Nəzərə alsaq ki, protokala onun arxası üstündə uzanıqlı olduğu əlavə edilib. Deməli, burunun sınması mümkünsüzdür.

Gözəllik qurbanını dəfn edir

Şair qadınlara münasibətdə çox sərt idi. Sanki, onlar aşağı kastanın nümayəndələridir. Münasibətlərində hissiyyata önəm verən şair məntiqə “yox” deyirdi. Bu isə qarşı tərəfdə mənfi rəylər yaradırdı. Eqoist təbiətli Mayakovski hər zaman tanış olduğu qızın ailəsində nifrətlə qarşılanıb.

1. Vera Şextel. Məşhur arxitektor şairlə qızı arasında münasibəti öyrənən kimi bütün lazımı addımlar atır ki, bu izdivac alınmasın. Lakin nafilə. Qız hamilə qalır. Ata Veranın abortu üçün onu Avropaya göndərir.
Daha sonra başqasına ərə gedən Veranın 1932-ci ildə Vadim Tonkov adlı oğlu oldu. Hər kəs onu Veronika Mavrikiyevnanın komik obrazından yadda saxlayacaqdı.
2. Lilya Brik. Cavan vaxtlarında qarşı cinsə marağı olan Lile Kaqan 17 yaşında müsiqi müəllimindən hamilə qalır. Tanış həkim vasitəsi ilə Armavirdə uşağı abort etdirən Lili Osip Briklə evlənəndə belə yaşadığı həyatı ondan gizlətmir.
Mayakovski ilə sevgili olan Lilyanın həyatı vaxt keçdikcə ikiləşir. Və tərəflər də bundan məlumatlı olur. Yeri gəlmişkən, Lilya şairi Şenik adlandırırdı.
Lilya Riqaya gedən zaman Mayakovski ilə Osip arasında yeganə mövzu onların Lilya ilə yaşadıqları olub.
Benqta Yanqfelıtda öz bioqrafiyasında deyir: “Bir gün Lilya Mayakovskiyə Osipi sevdiyini deyir. Bunu eşidən şair özünü gah yerə, gah da divana çırpır. Uşaq kimi ağlamağa başlayır və deyilən sözü həqiqi qəbul etmir. Osip isə mətbəxdən ona su gətirir. Lilya ona sakitləşməyi və hər şeyi normal qəbul etməyi desə də, şair ağlamaqda davam edir. “Axı Lilya məni sevir” deyərək hönkür-hönkür ağlayan şair otaqdan çıxaraq mətbəxə qaçır. Onun səsini hətta qonşular da eşidirdi. Lilya isə Osipi qucaqlayaraq yataq otağına gedirlər”.



3. Yelizaveta Lavinskaya. Mayakovski ilə birgə işləyən qadın gizli romandan hamilə qalır. Lilya Brik o, vaxtı yazırdı: “Gedim görüm Volodyadan nə olub?”. Oğlan uşağının adını Qleb-Nikita qoyurlar. Yelizavetanın əri uşağa sahib durmur və onu kimsəsizlər evinə təhvil verirlər. Lakin 3-ildən sonra Yelizavetanın əri uşağı qəbul edir və onu kimsəsizlər evindən götürürlər. Mayakovski bu il ərzində yalnız bir dəfə oğluna baş çəkir.
4. Amerikaya gedən Mayakovski Rusiyada baş verən inqilab zaman ölkəni tərk edib bura gələn Elli Consla tanış olur. Bu münasibətdən şairin 1926-ci ilin iyununda qızı dünyaya gəlir. 1928-ci ildə Elli qızı ilə Nitsaya gəlir. Bu şairin ailəsi ilə son görüşü olur.
5. Tatyana Yakovleva. Lilya Brik Mayakovskinin gəzəyən olduğuna normal yanaşırdı. Lakin Elli Consa onda qorxu yaradırdı. Şair isə vurulduğunu gizlətmirdi. Bu isə Lilyanın maddi sıxıntı çəkməsinə gətirib çıxara bilərdi. Çünki şair Lilyanın bütün ehtyacalarını ödəyirdi. Buna görə Lilya Parisda yaşayan bacısı Elzadan şairi başqa bir qadınla tanış etməyi xahiş edir. Elza isə öz növbəsində Mayakovskini Tatyana Yakovleva ilə tanş edir. Şair yenə dəlicəsinə aşıq olur. Parisdən gedən zaman Mayakovski gül dükanın birinə külli miqdarda pul qoyur ki, hər səhər Tatyanaya qızıl gül gətirsinlər.
6. Veronika Polonskaya. Şairin Tatyana ilə evlənəcəyindən qorxan Lilya onu aktrisa Veronika ilə tanış edir. Polonskaya evli olsa da onun şairlə sevgi macərasını ərindən başqa bütün Moskva bilirdi. Şairin ölümündən öncə Veronika onun yanına köçəcəyini deyir. Məhz bu münasibət Lilyanı dəli etdi.
Yuriy Oleşa xatirələrində yazır: “Şair ölən zaman Polonskaya onun otağında olur. “Kömək edin” qışqıraraq otaqdan çıxır. Sonra isə atəş səsi eşidilir”.
Polonskaya dəfn mərasiminə gəlmir. Şairin anası və bacısı Mayakovskinin ölümündə Veronikanı günahlandırır.
Mayakovskinin varidatının çoxunu əlinə keçirən Lilya isə onu ölümünə soyuqqanlı yanaşır. Dəfn mərasimindən sonra Brikovlar şairin portretini masaya qoyaraq onunla söhbət edib kef məclisi düzəldirlər.


Tarix: 27.07.2015

4512