Art Şpiqelman  - Amerikalı karikaturist


 “Biz dünyanı kameraların vasitəsilə görürük və heç birimiz  bizə göstəriləndən artığını görə bilmirik”

Amerikalı rəssam və yazıçı, komiks-romanların müəllifi Art Şpiqelman.

Valideynləri polşalı yəhudi olan yazıçı ailəsi ilə birlikdə Almanların həbs düşərgəsi Osvensimdə olub. Oradan azad olunduqdan sonra İsveçə, daha sonra isə ABŞ-a köçüblər. Artın bir çox qohumları Holokost qurbanı olub: xalası, xalası uşaqları və qardaşı. Art Kvinsdə (Nyu-York) Manhetten İncəsənət və dizayn ali məktəbini bitirib. 1968-də yaşadığı ağır depressiyadan sonra ruhi əsəb xəstəxanasına yerləşdirilib. Həmin il isə onun anası intihar edib. 1960-1970-cı illərdə “gizli komiks”in sənətkarlardan biri olub.

Art “Maus: Sağ qalanın hekayəsi” ilə məşhurdur. Amerikalı rəssam-yazarın bu roman-komiksində İkinci Dünya müharibəsində nasist düşərgələrində yəhudilərin başına gətirilənlərdən bəhs olunur. Əsərdə siçan və siçovullar yəhudi kimi, pişiklər isə nasistlər kimi təqdim olunublar. Daha sonra əsərin davamı olaraq “Maus”un ikinci tomu işıq üzü görür. Əsər 1992-ci ildə Pulitzer mükafatı qazanıb. Art Şpiqelmanın verdiyi müsahibələrdən birini təqdim edirik.

- Müəllifin öz əl işlərinə oxucunun baxış bucağı altından baxması necə olur?

- Bunu həyatda etmək çox çətindir. Hiss edirsən ki, bütün duyğuların pas tutur. Ağ vərəq qarşısında durduğum zaman, sanki, canım çıxır. Bilmirəm, bununla nə edəcəyəm.

- Canınızın çıxmaması üçün nə edirsiniz?

- Bəzilərinin dediyi kimi, ağrı ilə söyüşlə mübarizə aparıram. Mən son vaxtlar çox ərinirəm. Bu, mənim həyatımda tez-tez olur, xüsusilə A və B layihələri arasındakı fasilələrdə baş verir. Çünki hər şey, sanki, sənə qədər yəqin artıq edilib. Sanki, sən yenidən velosiped ixtira edirsən.

- Belə bir iddia var ki, rəssam hər dəfə eyni şeyi bir üslubda çəkir, yazıçı isə hər zaman özünü təsvir edir. Amma sizin karyera bunu təkzib edir. Şpiqelmanın üslubu necədir?

- Üslub - hər şeyi düzgün etmək cəhdləridir. On il bundan əvvəl mən Pikassonun ideal çevrəylə sizin göstərdiyiniz arasındakı fərq haqqında sitatı oxumuşdum. Bu üslubdur. Siz gərək nə etdiyinizi və nə üçün etdiynizi anlayıb dərk edəsiniz. Onda bunun necə göründüyünü anlaya biləcəksiniz.

- Nyu-York çox dəyişib. Yeni nəslin yetişməsi üçün şərait varmı?

- Xahiş edirəm yenə başlamayın. Əgər o başqa cür olsaydı çoxdan Nyu-Yorkdan tərpənib gedərdim. Yeni nəslin nümayəndlərinə isə məsləhətim budur ki, getsinlər Almaniyaya. Ya da Budapeştə. Əgər  yəhudidirlərsə.

- Siz dediniz ki, komikslər axmaq və qeyri-ciddi olduqlarına görə xoşunuza gəlir. Amma siz komiskləri cəmiyyətdə dəyərli edənlərdən birisiniz.

- Bu iblislə sövdələşmə idi. Komikslər mədəniyyət kontekstindən kənar qəribə varlıqlar olduqlarına görə məni cəlb etdi. Onlarda nizamlı heç nə olmadığı üçün tam sərbəst idim. Mən bir qədər qəribə yerlilərin məskunlaşdığı naməlum qitəni araşdıra bilərdim. Əgər siz mənim vaxtımda kollecdə oxusaydınız Marşal Маklyuenanı oxumuş olardınız. O, deyirdi: media kütləvi informasiya vasitəsi olmaq funksiyasını itirdiyi zaman sənətə çevrilir. Komikslər də bu yolda idi. Bu, əsrin əvvəlindəki komikslər üçün xarakterik olmayıb, qırxıncı illərin komiksləri üçün də səciyyəvi deyildi. Bütün bu idiomlar o cümlədən, komikslər qəzet səhifələrində yox olub getdilər. Sağ qalmaq şansı qazanmaq, şairlərin etdiyi kimi, qrant almaq üçün nəsə etmək lazım idi. Bunun üçün isə bizdə yazıçıların mədəni dəyərləri olmalıydı. Ona görə də bu komikslər üçün iblislə sövdələşmək lazım idi. Kitab, kitabxana, muzey və universitet, həm də xüsusi mağazaların aləminə daxil olmalı, dəstək sistemini yaratmalıydıq. Əgər media nəyisə dəstəkləmirsə onun mövcudluğu sona çatır.

- Hansı bədii forma hələ də istifadə edilməyib? Öz üslubu yoxdur və ona görə də yaradıcılıq üçün  azad məkandır.

- İnternet dünyasında belə bir şeyin qalacağına inanmıram. Holokost zamanı sağ qalan uşaqlar etmədikləri günahlarına görə aldıqları zərbələri üzərlərində daşıdılar. İnsanlar məni axtarırdılar, çünki mən həqiqətən qadağan olunan nəsə edirdim. Bu mənim üçün uşaq vaxtı böyük olmaq üçün yeganə imkan idi. Nəyin qadağan olduğunu heç düşünmürdümdə. Hirslənmişdim. Bu, layihənin mərkəzi idi. Mən atamı Vladekin hansısa qurbanına çevirmək fikrində deyildim. Düşünürəm ki, yeni nəsil insanlarına təkrar analiz vermək üçün şans verdik.

- Siz Məhəmməd peyğəmbər haqqında karikatura çəkən danimarkalı gənclər haqqında yazı yazdınız. İndi rəssamlar Suriyada Bəşər Əsəd haqqında çəkirlər. Bu rəsmlər niyə bu qədər nifrət doğurur?

- Onlar təbiət etibarı ilə hörmətli deyillər. Hətta əgər insanlar Əsəd barədə təbliğat formatlı cizgi filmləri ərsəyə gətirmək istəyirlərsə bu zibil kimi alınır. Çünki onların şərhi gerçək həyatla çox fərqlidir. Məqsədlər üçün çəkilən komikslər və yazılar, sadəcə, zibildir. Bu murdarlıqdır.

Bundan başqa problem ondadır ki, komikslər çox yavaşdır. Onlar videokamera ilə rəqabət apara bilməz. O, tozsoran kimi daha maraqlı şeyləri toplayır və təzə xəbərlərin öhdəsinə buraxır. Biz dünyanı kameraların hədəfi vasitəsilə görürük və heç birimiz onun bizə göstərdiyindən artığını görə bilmirik.

- Nə üçün siz indiyə qədər ağ kağız vərəqinə qarşı çıxırsınız?

 

- Bu, məni idarə edən və yönəldən yeganə kompasdır. Ya sən yuxunu xatırlayıb onları kağıza köçürürsən, yaxud onları özün yaradıb sonda necə alındığına kənardan durub baxırsan.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 28.02.2017

4223