Filosoflar qadınlara qarşı


Böyük zəka sahibləri nə üçün qadınlar haqqında həmişə mənfi fikirdə olublar?

Beynəlxalq Qadınlar Günü! - Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Zəhmətkeş Qadınlar Günü olaraq da tanınan, qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram. 160 yaşlı mübarizə bu gün də qeyd edilir. Zaman keçdikcə qadının cəmiyyətdə rolu artmağa başladı. Lakin bütün bu müsbət nüanslara baxmayaraq bəzi əks cinsin dahi şəxsləri qadınlara qarşı nifrəti ilə seçilib. Daha doğrusu, sözləri ilə beynilərində qadınların heç zaman kişi qədər güclü olmadığını, məntiqi və düşüncəsi ilə geridə qaldığını qeyd ediblər. Bu cür düşüncə tərzinə malik olan şəxslər qadınların mübarizəsindən öncə də olub, ondan sonra da. Onlardan bir neçəsinin qadınlar haqqında fikirlərini oxuculara təqdim edirik.

 

Böyük alman filosofu Artur Şopenhauer. Qadınlara nifrəti ilə seçilən Şopenhauer qadın vəfasızlığını öz həyatında hiss edib  və xəyanətdən aldığı yaranı ömrü boyu özü ilə gəzdirib:

“Qadın xarakterinin əsas çatışmazlığı ədalətsizlik etməsidir. Təbiət zərifliyi onlara fitri yox, hiyləgərliklə verib. Onların məkrli və qarşısıalınmaz yalana qarşı həvəsi o zamandan yaranıb”.

Desiderius Erasmus ilahiyyatçı, alim və yazar. Erasmus Renessans dövrünün böyük nümayəndələrindən hesab olunur. Ənənəvi mənada bir rahib olaraq fəaliyyət göstərməyən alim qadınlara nifrəti ilə seçilirdi:

“Qadın özünü nə qədər ağıllı kimi tanıtmaq istəsə də ikiqat axmaq olacaq. Ağıla zidd olan qadın düşüncəsi bu yarışda özünü öküz kimi aparır. Çünki anadangəlmə qüsur hər xeyirxahlıq adı altında görülən işlərlə gizlədiləndə yalnız dərinləşir. Yunan atalar sözü düz deyir: Meymun həmişə meymundur. Hətta o al-qırmızı paltar geyinsə də. Məhz bu mənada qadın əbədi olaraq qadın olacaq. Başqa cür desək, axmaq hansı maskanı üzünə taxsa da heç nə dəyişən deyil”.

“Filosof” termini Pifaqora aid edilir. O, deyilənə görə, özünü və müdrikliyi sevənləri belə adlandırıb. Onun fikrincə, filosof xüsusi insan tipidir. Şöhrət və özünü təsdiq barədə, pul və gəlir barədə  düşünmür, bütün ömrünü şeylərin mahiyyətini öyrənməyə həsr edir. Kainatı kosmos adlandıran ilk şəxs də Pifaqor olub. Lakin onun da qadınlara münasibəti birmənalı olmayıb:

“Məsələn, dünyəvi qadın, adətən, öz məhəbbətini "sevimli" ailəsindən alır. Onun ən böyük istəyi həyat yoldaşı və övladlarını daha çox sevməkdir. Bu gün onlarca qadın Tanrını övladı və ailəsindən üstün tutur və daha çox sevir. Əlbəttə ki, mələklər ondan yapışan avam qadının qəlbini təmizləmək üçün içki düşkünü və ya əyyaşı əri, əqli zəif və ya cinayətkar uşaqları ona verir. Ya da onlar üçün bundan daha pis cəza fikirləşirlər”.

İlk dəfə modern anlayışı filosof Qeqel tərəfindən xarakterizə olunub. Yəni bu kəlmə bu filosofa aiddir. Kantdan fərqli olaraq Qeqel metafizika adından imtina etmir və hesab edir ki, bizim Kainat rasionaldır, ağlın köməyi ilə məntiqli və ağlabatandır. Bu filosof da digər həmkarlarından ciddi fərqlənmir. Təbii ki, qadınlar məsələsində:

“Qadın-kişi münasibətlərinə gəlincə, qeyd etmək lazımdır ki, qız öz şərəfini yatağa girdikdən sonra qurban verir. Kişi tərəfə isə bu, aid deyil, çünki o, həm də mənəvi fəaliyyətin digər sahələrinə malikdir. Qızların təyinatı yalnız nikahdan ibarətdir. Deməli, tələb də ondan ibarətdir ki, sevgi nikah formasını alsın, bir-birimizə sevgi ilə bağlı olan müxtəlif məqamlar əsl ağıllı münasibətin formasını alsın”.

Və ya digər filosof Otto Veyninger: “Ümumiyyətlə, tarixdə olan bütün böyük qadınlarda qadınlıqdan daha çox kişilik olub, ona görə də onlar tarixdə böyük işlərə imza ata biliblər. Qadındakı lesbiyan məhəbbəti onun kişiliyinin bariz nümunəsidir, bu isə onun daha ali struktura sahib olduğunu göstərir. II Yekaterina, isveç məlakəsi Xristina, Laura Bridcmen, Jorj Sand kimi qadınlar sözsüz ki, biseksual olublar. Ümumi fikrə görə ən istedadlı qadın belə (hətta kişilərə daha yaxın olan) heç vaxt 5-ci dərəcəli kişi dahilərinə çata bilməz”.

“Qadını bəzi yüksək anlayışlara sahib olmaması az narahat edir. Və ya o qorxaqdır, vacib işlər üçün yaramır - bu da vacib deyil. O, çox gözəldir və bu kifayət qədər valehedicidir”. Bu fikri isə Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri İmmanuel Kant deyib. Fikirləşməkdən başqa heç nəyə vaxt ayırmayan böyük filosof 79 yaşında bakir olaraq bu dünyadan köçüb.

Klassik alman fəlsəfəsinin nümayəndəsi olan Georq Vilhelm Fridrix Hegel də qadınlara qarşı kəskin ifadələri ilə yadda qalıb. “Qadınla kişi arasında olan fərq heyvanla bitkinin arasında fərq kimidir: heyvan kişinin xarakterinə daha uyğundur, bitki isə qadının xarakterinə. Əgər qadın dövlətin başındadırsa həmin dövlət təhlükə altındadır. Çünki onlar bütövün tələblərinə uyğun deyil, təsadüfi meyllərə və ya rəylərə uyğun hərəkət edirlər. Bilgi qadınlara naməlum yollardan gəlir - təhsildən daha çox həyatdan. Kişilər isə öz mövqelərini, sadəcə, qazanılmış düşüncə və texniki əziyyətlə qazanırlar.

Hazırladı: Günəş Fərhadlı

 

 



Tarix: 08.03.2017

3401