Minalar təhlükə mənbəyidir


Azərbaycanın həm hərbçiləri, həm də mülki əhalisi mina təhlükəsinə məruz qalır.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə çoxlu sayda minalar basdırıb:

“Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəldib. Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minaların xəritəsini təqdim etmir. Azərbaycan mülki əhalisinin hüquqları kobud surətdə pozulur. Bu eyni zamanda Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti və qətliamın davam etdirilməsidir”.


Tarix: 07.04.2021

695