Təxəllüsünün mənası “danışma” olan yazıçı Mo Yan - Müsahibə


Mo Yan: “Çində çoxları deyir ki, Marksizm bizi kapitalizmdən xilas etdi. Bu, dənizdə fırtınaya düşən şəxsin xilas olaraq kimsəsiz bir adaya düşəməsinə bənzəyir”.

“Mən 1955-ci ildə anadan olmuşam. Həmin zaman Çin xalqı anormal həyat tərzi sürürdü. Buna görə valideynlərim məni hər zaman susmağı tapşırırdı. Əgər ağzını açsan mütləq bir problemlə üzləşəcəksən. Mən də onlara qulaq asıb sakit dururdum. Yazmağa başlayanda isə hesab edirdim ki, bütün yazarlar kimi mənim də təxəllüsüm olmalıdır. Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anamın mənə düşüncələrimi cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədar “Mo Yan” təxəllüsünü götürdüm. Gülməlidir. Hazırda məni susdurmaq olmur”.

Əsl adı Quan Moedir. Çin dilində “Danışma!” mənasını verən “Mo Yan” yazıçının təxəllüsüdür. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.

Mo Yan yazıçı karyerasına Çinin islahatlar dövründə Çin dilində nəşr etdirdiyi onlarla qısa hekayə və romanlar yazmaqla başlayır. Onun “Bir yaz gecəsi yağan yağış” adlı ilk romanı 1981-ci ildə çap olunur. Mo Yanın bir neçə romanı Notrdam Universitetinin Şərqi Asiya dilləri və ədəbiyyatı üzrə professor Howard Goldblatt tərəfindən ingilis dilinə tərcümə edilmişdir.

Mo Yanın əsərləri “hallüsinasiyalı” realizmlə xarakterizə olunan və “qara yumor”dan ibarət tarixi epik romanlardır. İdeologiyanın təsirinə baxmayaraq onun əsərlərinin əsas mövzusunu insanın acgöz və satqın xarakterinin tükənməzliyi təşkil edir. Heyrətləndirici, mürəkkəb və əsasən zorakı obrazlardan istifadə edilən bir çox əsərlərindəki hadisələr Şandonq əyalətində, yazıçının doğma şəhəri Şimal-Şərqi Qaomi şəhərində cərəyan edir.
Mo Yan Uilyam Folknerin “Səs-küy və Qəzəb” əsərini oxuduqdan sonra başa düşür ki, o, ailəsini, tanıdığı insanları, kəndliləri əsərlərinin obrazlarına çevirə bilər. Yazıçı fəhlələri və bürokratları gülünc vəziyyətlərə salaraq sosialist realizmi janrını satira atəşinə tutur.
Xarici əsərlərin tərcümələrini oxuyan Mo Yan dünya ədəbiyyatını oxumağı güclü şəkildə təbliğ edir. 2009-cu ildə Frankfurt Kitab Yarmarkasının açılışı zamanı o, öz nitqində Getenin “dünya ədəbiyyatı” ideyasını müzakirə edərək bildirdi ki, “ədəbiyyat ölkələri və xalqları ayıran sərhədlərə qalib gələ bilər”.

Qeyd edək ki, Mo Yanın yaradıcılığı “keçmiş və müasir dövr, canlılar və ölülər, eləcə də yaxşı və pis” arasında fərqlərin tutqun əks etdirilməsi ilə xarakterizə olunur. Mo Yan öz əsərlərində özünün digər əsərlərini yenidən nəql edən və düzəliş edən yarım-avtobioqrafik obraz kimi çıxış edir. Onun əsərlərindəki qadın obrazları əksər hallarda ənənəvi Çinli qadın roluna riayət etmir: məsələn, “Qırmızı Kalış” əsərində Şanqquam ailəsinin anası ərinə oğul doğa bilmir və ona xəyanət edərək İsveç missioneri və Yapon əsgərindən qız uşaqlarına hamilə qalır. Kişinin gücü “Yekə döşlər, iri budlar” əsərində sarkazmla təsvir olunur və romanda yalnız bir kişi obraz var.

11 oktyabr 2012-ci il tarixində İsveç Akademiyası “hallüsinasiyalı realizm vasitəsilə xalq nağılları, tarix və və müasir ədəbiyyatı birləşdirən” yazıçı kimi Mo Yanın Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüldüyünü elan etdi. 57 yaşlı yazıçı bu mükafatın 109-cu qalibi, Çində yaşayıb, bu mükafata layiq görülmüş ilk şəxsdir. Çində doğulmuş və Fransa vətəndaşı olan Gao Xingjian 2000-ci ildə bu mükafatın laureatı olmuşdu.

Mo Yanın müxtəlif dərgilərə verdiyi müsahibələrin maraqlı nüanslarını təqdim edirik.

- Susmağa üstünlük verirsiz? İstər siyasi, istərsə də sosial sahədə.

- Siyasi bəyanatlar verməkdən xoşlanmıram. Tez yazsam da bu barədə dəqiq düşünürəm. Hətta cəmiyyətdə kiminləsə danışdığım zaman “ətraflı və düzgün izah etdimmi?” özümə sual verirəm. Siyasi baxışlarım isə açıq-aydındır. Sadəcə, bunu bilmək üçün kitablarımı oxumaq yetərlidir.
Çin son illər kütləvi dəyişikliklərə məruz qalıb və cəmiyyətin bir qismi özünü qurban edilmiş sayır. Cəmiyyətin çox az qismi - “Görən, mən kiməsə ziyan vumamışam ki?” sualını özünə vermir. Məhz mənim əsərlərimin çoxunda bu nüans açıq formada öz əksini tapıb. 11 yaşım olanda digər uşaqların qalibiyyətinə qısqanclıqla yanaşırdım. Paxıllığımı abort etdirə bilmədim. Bunun əvəzində həyat yoldaşımı məcburi abort etdirdim. Çünki qanunlarımız bunu tələb edirdi. Bəli, günahkaram.

- Müasir Çinin bulanıq şəklini gözəl formada qələmə almısınz. Bunların fonunda, sanki, Mo Yanın qəhrəmanları bütövlükdə məchula gedir. Eyni zamanda sizin bəzi qəhramanlarınız vurduğu ziyana baxmayaraq partiya prinsiplərin yaxasından yapışıb.


- Bu cür yanaşmada mən tipik olmayan çinliyəm. Çin tarixinin və dramlarının bir çoxunun sonu xoşbəxtliklə bitir. Bunun əksi olaraq əsərlərimdə sonluq kədərli notlarla yekunlaşır. Hər zaman ümid və gücə yer saxlayıram. Çünki mən partiyanın sifarişi ilə yox, xalqın adından yazıram. Korrupsiyaya bulaşmış məmurların iyisini belə götürə bilmirəm.

Qəhramanlarımın partiya prinsiplərindən yapışmasına gəlincə bu yaşadığım dövrün insanlarının ruhuna çokmüş düşüncədir. Bəziləri hesab edirdi ki, ədəbi inqlab səhvdir, digərləri isə əksinə, düşünürdü, guya, partiya pozulan ədəbi prosesi öz yoluna çəkib.
Mən də daxil olmaqla Çin Kompartiyasının 80 milyondan çox üzvü var. 1979-cu ildə partiyaya üzv oldum və hərbi xidmət keçdim. Lakin partiya rəhbərlərinin ədəbi inqlaba olan münasibətini birmənalı qarşılamadım.

- Partiya rəhbərliyini tənqid etmisiniz?

- Kitablarımda partiya rəhbərliyinin bəzilərini kəskin tənqid edirəm. Bu, sadəcə, xalqın istəyi və tələbidir. Partiyanın sifarişi deyil. Siyasi çıxışlarımda isə daha çox ehtiyat edirəm. Mən və dövrümün şəxsləri əllərinə qələm aldığı zaman mövcud sərhədləri adlayaraq daima susan çinlilərin deyə bilmədikləri sözü vərəqlərə köçürdük. Lakin öncə bu kommersiya məqsədi güdürdü.

- Onda belə çıxır ki, sizin personajlar kitablarda qəhramandır?

- Mən yazıçıyam, aktyor yox. Hər hansı bir əsəri yazdığım zaman tabunu pozacağımı düşünmürəm. Anlaya bilmirəm, Çinin iqtidari ilə bağlı olan yeganə yazıçı mənəm?.. Əziyyətə hörmət lazmdır.
“Həyat da, ölüm də məni əldən salır” romanımı cəmi 42 gün içində yazdım. Roman Çində torpaq islahatları hərəkatı dövründə müxtəlif heyvan formalarında yenidən doğulan mülkədardan bəhs edir. Əsərdə kommunizm cəmiyyəti tənqid edilir. Bəs bu?

- Siz “Çin Yazıçılar Birliyi”nidə vitse-prezidentsiniz. Bu posta əyləşmək üçün hakimiyyətə yaxın olmaq lazımdır?

- Bu çox mühüm vəzifədir və mən “Nobel mükafatı” almamışdan öncə bu vəzifəyə təyinat almışdım. Bəziləri düşünür ki, “Nobel mükafatı” almaq üçün mütləq müxalifətdə olmalısan. Mən bu düşüncəni öz yaradıcılığımla məhv etdim. Eyni zamanda yalnız iqtidara müxalif olan insanlara bu mükafatın verilməsi nə dərəcədə düzgündür? Çünki “Nobel mükafatı” yazıçıya ədəbiyyatda gördüyü işə görə verilir. Ortada nəsə başqa bir durum var kı?
Bundan başqa bəziləri isə tələb edir ki, çıxışlarımda həbs edilən müxalif şəxslərin azad olunması və onların hüquqlarn qorunmasına da yer verim. Ədəbi inqilab zamanı əhali arasında belə bir deyim vardı: “Əgər mən danışmağa başlasam, heç kəs məni susdurmağı bacarmayacaq. Əgər mən susmaq barədə qərar almışamsa, istəyirsən boyunumun arxasındakı sümüyə bıçaq dirə, danışmayacam”.

- Siz tənqidə açıqsız? Ay Veyvey sizin iqtidara yaxın şəxs olduğunuzu və müasir Çinin ədəbiyyatından anlayışınızın olmadığını iddia edir.

- Anlamıram mən hakimiyyətə yaxın olan yeganə yazıçıyam? Bəs universitetdə təhsil verən professorlar? Onlar kimdir? Bundan başqa iqtidar mətbuatında işləyən və hər gün yazı çap edən jurnalistlər necə? Eyni zamanda intellektual səviyyəsi olan bir şəxs müasir Çini necə təsəvvür edir? Bunu bizə Ay Veyvey təqdim edəcək?..Düşünürəm ki, Çinin gözəlliyi onun cəmiyyətindədir. Hansı ki, əllərinin zəhməti ilə çörək qazanır.

Bundan başqa Marksın “Kommunist partiyasının manifesti” əsərində yaratdığı cəmiyyət gözəldir. Lakin bu gözəlliyin reallığa çevirilməsi həqiqətdən uzaqdır. Avropaya, xüsusən də Şərqi Avropaya diqqətlə baxın. Cəmiyyətin hazırki durumu kimi qane edir? Çində çoxları deyir ki, Marksizm bizi kapitalizmdən xilas etdi. Sadəcə olaraq, bu dənizdə fırtınaya düşən şəxsin xilas olaraq kimsəsiz bir adaya düşəməsinə bənzəyir. Ölümü uzadırsan.

- Markeslə aranız necədir?

- Romanlarım əsasən sosial şərh xarakteri daşıyır. Qeyd etmək istəyirəm ki, Lu Xunun sosial realizmi və Qabriel Qarsiya Markesin magik realizmindən güclü şəkildə təsirlənmişəm. Lakin bir nüansı xatırlatmaq istəyirəm - birinci dəfə Markesi oxuduğum zaman şok oldum və çox əsəbiləşdim. Daxilimdə belə təssürrat yarandı ki, onun bacardığı hər şeyi mən də bacarıram. Əgər bunu hiss etsəydim yazardım. Lakin onun sahəsində yazdığım əsərlərimə çox diqqət ayırmağıma ehtiyac qalmadı. Əgər o, olmasaydı Çinin öz Markesi olacaqdı.
Təəssüf ki, Markes qabağa düşdü.

Eyni zamanda romanlarımı pinyin yazı metodu ilə deyil, əllə yazmağa üstünlük verirəm. Çünki birinci metod söz ehtiyatını məhdudlaşdırır. Bütün hallarda çinli yazıçılar xarici ədəbiyyatdan ilhamlanaraq yazdığı əsərləri özünküləşdirirlər. Məsələn: Mən ənənəvi Çin ədəbiyyatı baxımından Uater Marginin xalq ədəbiyyatına əsaslanan klassik epik romanından təsirlənmişəm. Xüsusən də “Qərbə Səyahət” və “Qırmızı palatanın yuxusu” əsərləri mənim ruh aləmimə ciddi təsiri edib.

Hazırladı: Günəş Fərhadlı


Tarix: 11.02.2016

2965