Necə milyonçu olmalı?


Adətən, varlı adamlar haqqında danışılan əfsanələr bir-birinin təkrarı olur. Kasıb ailədə doğulmaq, kiçik yaşlarından işləmək, tez-tez iş yerlərini dəyişmək və günlərin bir günü milyoner olmaq.

Adətən, peyğəmbərlərin də həaytı bir-birinə oxşayır. Yazıb-oxumağı bacarmamaq, çobanlıq-çölçülük etmək və günlərin birində allahın səsini eşitmək.

Tarix yalnız nəticəni qoruyub-saxladığı üçün belə adamların həyatındakı xırda detalları heç kim nəzərə almır.

Halbuki bütün böyük uğurların başlanğıcında heç kimin ağlına gəlməyən çox gizli bir səbəb var. Nəhəng palıdın xırda bir toxumdan çıxdığı kimi.

Və tarix boyunca o qədər tez-tez iş yerindən qovulan, yaxud hərf tanımayan adam olub ki, nə vaxtsa milyoner, yaxud peyğəmbər olacağına inanaraq özünü məhv eləyib.

Alilik məqamı gözləyə-gözləyə adilikdən də məhrum olub.


Tarix: 11.02.2016

12679

Ən çox gülünənlər