Yuxarıdan gələn səs


Qaydanı pozmaq insanın fitrətindədir.

Dərinə getsək, bu, insanın yenilik axtarmaq ehtiyacından doğur, bəlkə də.

Həvva nənəmiz cənnət eyniliklərindən doyandan sonra, ona qoyulmuş qadağanı pozmaq, almanı yemək fikrinə düşdü. O, bəlkə də, bunu ona görə etdi ki, qadağadan sonrakı həyatın necə olacağını görmək istəyirdi.

Amma o, indi bizim yaşadıqlarımızı görsəydi, nəinki alma ağacına, ümumiyyətlə, mer-meyvə tərəfə baxmazdı.


Tarix: 12.02.2016

8310

Ən çox gülünənlər