İctimai rəyin çaşması


Amerika yazıçısı C. Selincerin “Banan balığının asan ovlanan günü” adlı bir hekayəsini yada salaq.

Belə çıxır ki, bizdə olduğu kimi, Amerikada da məişət qətlləri nikahın fərdlə fərd arasında deyil, tayfayla tayfa, qəbilə ilə qəbilə arasında bağlanması nəticəsində baş verir. Amerikada da bizdə olduğu kimi qız və oğlan evi bəylə gəlinin boyundan tutmuş, ingiliscə desək, fingerinin “razmerinəcən” maraqlanırlar. Bizdə olduğu kimi, Amerika ədəbiyyatının da əsas mövzusu qanına bələnmiş ailə səadətləridir. Orada da ailənin möhkəmliyi ərin pencəyinin astarına tikilən cadunun və arvadın göbəyinə yaxılan qurd yağının degreesindən (qradusundan) asılıdır.

C. Selincerin “Banan balığının asan ovlanan günü” adlı bir hekayəsini yada salaq. Ana Vyetnam müharibəsində “kontuziya” almış səyin birinə ərə gedən əyrimçə qızını və kürəkənini kabus kimi izləyir, onları hətta başqa şəhərə gəzintiyə getdikləri zaman da rahat buraxmır, zəng vurub hər şeylə maraqlanır və axırda psixi sarsıntılar içində yaşayan keçmiş əsgər – fərsiz kürəkən lal-dinməz özünü tapançayla vurub öldürür. Kürəkənin psixi durumu qayınanasının vecinə də deyil, o, yalnız öz qızının gələcək naməlim xoşbəxtliyini düşünür və bütün fikri-zikri budur ki, qızı sevdiyi müharibə əlilindən ayırsın. Bütün bunları hiss edən kürəkən özü uzaqgörən arvadın dadına çatır və intihar edir. Bizdə də, adətən, fərdin xarakteri, həyat tərzi, psixi durumu heç kəsi maraqlandırmır və bu kütləvi gönüqalınlıq nəinki ailələrdə, məktəblərdə, iş yerlərində, bir sözlə, hər yerdə kütləvi əsəbiliyin, gərginliyin yaranmasına gətirib çıxarır. Ona görə də kimi lal-dinməz intihar edir, kimi də toyda doyunca oynamadığını bəhanə edib əvvəlcə nağaraçalanı nağaraqarışıq bıçaqlayır, sonra da sürüyə soxulan canavar kimi şığıyır arvad-uşağın üstünə.


Tarix: 12.02.2016

6743

Ən çox gülünənlər