O dünyanın hörməti


Bizim tərəfin camaatının o biri dünyaya bu dünyadan daha çox inanmasının, daha çox hörmət etməsinin əsas səbəbi heç də o biri dünyada bizi gözləyən bu dünyada tamarzı qaldığımız bakirə hurilər, şərab axan çaylar, bihuşedici kölgəliklər deyil.

Əsas səbəb bu dünyanın müvəqqəti, o biri dünyanın əbədi olması fikridir.

Ona görə bizdə qəbir evdən, ölü diridən, ölüm həyatdan daha üstün hesab olunur.

Heç kim müvəqqəti olana əmək və pul xərcləmək istəmir.


Tarix: 15.02.2016

4877

Ən çox gülünənlər