Umberto Ekonun son yazısı- “Səhv edən vətəndaşlar”



“Səhv etmək”. Parlamentdə, müsahibələrdə, qəzetlərdə dərc edilən məqalələrdə, keçmiş məhkumların öz izahatlarında bu sözün işlənməsi məni daha çox özümdən çıxarır. Söhbət “səhv etmək” felinin düzgün istifadə edilməməsindən gedir.

Səfehlərin səsləndirdiyi “səhv etdiyinə görə hesabat verəcək” və ya “səhvinə görə hakim qarşısına çıxacaq” və yaxud “səhv etdisə, onu bağışlamaq lazım deyil” kimi ifadələri son vaxtlar daha çox eşidir və oxuyuram.

Mənim bu günə qədər tərgidə bilmədiyim çox pis vərdişim var: Hər hansı bir sözün mənasını daha düzgün anlamaq üçün lüğətdən istifadə edirəm. İtaliya dilinin böyük lüğət kitabı olan Battaliyada “Səhv etmək” feli “Hər hansı bir işi (qiymət və seçim) bacarmamaq sonda düzgün, pis və yalnış nəticə əldə etmək” kimi xarakterizə olunur. Battaliya belə dəqiq izah vermir. Lakin çəkilən misallardan birində bir cümlə keçir: səhv edən şəxs bunu bilmədən (məqsədsiz) edir. Diqqətsizlikdən hesabı düzgün aparmayan maliyyəçi səhv edir, təyyarəni dəqiq endirməyən pilot səhv edir, düzgün diaqnoz qoymayan həkim səhv edir. Ancaq bütün bu şəxslər öz işini yaxşı həyata keçirmək üçün qəti məqsədləri olduğuna görə buraxdıqları səhvləri hiss etmirlər.

Hazırkı dövrdə isə “səhv etmək” felinin bu şəxslərin yanında işlənməsi qəbulediləndir, - korrupsioner, kredit kartlarından sui-istifadə edən, fırıldaqçı, rüşvət alanlar, yatırımcıları aldadan, öz nənəsini balta ilə öldürəndən tutmuş sulfat turşusu ilə keçmiş həyat yoldaşının üzünü yandırana qədər – çünki bu şəxslər səhv etmir, onlar qanunlara, cəmiyyət maraqlarına, yaxşı adətlərə zidd olaraq dində “günah” sayılan terminləri dərk etsə də bilərəkdən bunu edir.

Onlar səhv etmək əvəzinə cinayəti bilərəkdən törədirlər. Hətta bir küçədə yolu qırmızı işıqda keçmək qədər bağışlanası və ya bir nənənin qətli kimi bağışlanmayacaq qədər bir günah olsa belə.

Odur ki, “Səhv etmək “ ifadəsinin istifadəsi qəbuledilməz evfemizimdir. Hansı ki, bu üsulla qanunu pozan şəxslərin məsuliyyəti gizlədilməyə çalışılır. Sanki, uşaq diqqətsizlikdən 2+2=5 yazıb.

Hitlerin xayaları haqqında. Unikal xəbər kimi təqdim edilən “Hitlerin bir xayası olub” xəbərini təəccüblə oxuyuram. Bilmirəm bu, düzdür ya yox, düşünürəm ki, hazırda bunu yoxlamaq da çox çətin olar. Əlbəttdə ki, bu xəbər dünyanın özü kimi köhnədir.
Sonuncu dünya müharibəsində İngilis əsgərləri (“Kvay çayının üzərindkəi körpü” adlı müsiqinin sözləri) bu mahnını ifa edirdilər:

“Hitler, has only got one ball
Goering has two but very small
Himmler is very similar
but doctor Goebbels has no balls at all”.

Bu sözlər belə tərcümə edilir:
“ Hitlerin bir xayası var,
Herinqdə iki olsa da çox kiçikdir,
Himlerdə də eynidir,
həkim Göbbelsin isə heç yoxudur”.

Müsiqidə səhv var. Əsgərlərin işlətdiyi jarqonlardan fərqli olaraq həkim Göbbelsin iki xayası olub: alimlik dərəcəsi və mədəni şəxs olan Göbbelsin radio dövründə KİV-lərdə dərc olunan məqalələri lazım olan motivasiya əldə etmək üçün istifadə olunurdu. Təbii ki, həkimin Holokostda əli olan iyrənc şəxsiyyətə çevrilməsinə ali təhsili və ağıllı olması faktı mane ola bilmədi. Lakin o, 3-cü Reyxin devrilməsindən yaşanacaq üzüntüləri hiss etməmək üçün 6 uşağını zəhərləyərək öldürülməsində birmənalı olaraq öz həyat yoldaşı Maqdunu dəstəklədi.

Ola bilər ki, Göbbels və həyat yoldaşı nasist ideallarına qəti inandıqlarına görə “səhv etdi”lər. Ancaq Göbbels etdiyi səhvləri anlayacaq qədər yetərli biliyə sahib olan bir şəxs idi və Gete buna razılıq verməzdi.
Bəlkə də, bu, bizə heç kimə hətta savadlı insanlara da inanmamağımızı göstərir. Göbbels “səhv edən bir vətəndaş olmayıb”. Lakin onun xarakteristikası haqqında çox şey demək olar.

L Espresso, İtaliya - 12.01.2016

Hazırladı: Günəş Fərhadlı


Tarix: 22.02.2016

3146