Çayxana həmrəyliyi


Mədəniyyət yaşamaq uğrunda mübarizənin passiv formalarıdır. Buraya saç formasının, geyim tərzinin, musiqi zövqünün rəngarəngliyindən tutmuş allahı dərketmə metodlarının fərqliliklərinə qədər çox şey daxildir.

Amma bütün hallarda bu formalar kütləviləşəndə öz məqsədindən uzaqlaşır. Məsələn, insan azadlığı saç düzümünün fərqliliyindən o yana keçmir. Ədalətsizliyə, haqsızlığı, düşmənə qarşı mübarizə çayxanada “öldürülən” vaxtla ölçülür.  

 

Yaradıcı yenilik əsərlərdə deyil, boğaza dolanan şərflərin uzun-güdəliyində özünü göstərir. İnamın gücü başqalarına nə qədər nifrət etməklə sübut olunur və s.

 

 



Tarix: 13.04.2016

6985

Ən çox gülünənlər