Baxır, baxan hardan baxır!?


Savadlı adamlar bilir ki, istər Qərbdə, istərsə də Şərqdə Orta əsrlərdə teosentirik dünyagörüşü üstün idi.

 Avropada bu ənənəvi dinmərkəzli düşüncə yavaş-yavaş yerini insanmərkəzli, yəni antroposentrik dünyagörüşünə verdi. Lakin XX əsrdə iki Dünya müharibəsinin məhz Avropada baş verməsi düşüncələrdəki insanın da yerini laxlatdı. Taxt insanın, şəxsiyyətin əlindən alınıb söz və fikir azadlığı, humanizm prinsipləri, insan haqları kimi ümumi dəyərlərə verildi. Bu düşüncə forması  "müəllifin ölümü", tarixin şəxsiyyətsizləşdirilməsi və s. kimi ideyalarla təbliğ olunmağa başladı ki, bunun da kökündə müharibənin iflic etdiyi Avropa şüuru, Avropa nihilizmi dururdu. Post-insan söhbətləri də buradan öz başlanğıcı götürdü. Amma bu gün Avropa artıq bu ideyalardan imtina edir. Məsələn, fransız yazıçısı Mişel Uelbek bir müsahibəsində Avropa demokratiyasını tənqid edərək deyir ki, bir müsəlman qadını Parisdə çadralı, yəni öz inancına, istəklərinə uyğun halda gəzdiyi halda, bir fransız qızı nə üçün müsəlman ölkələrində öz istəyinə uyğun geyinə bilməz? Biz buna, islamlaşmaya qarşı mübarizə apara bilərikmi? Bu, bizim Avropa demokratiyasına zidd olmazmı? Avropa dəyərlərini qorumaq üçün başlanılan mübarizədə millətçiliyin, irqçiliyin, dini ayrı-seçkiliyin sərhədləri harada bitir?

 

Yəni dünyada dəyişməyən dəyərlər olmadığı kimi, dəyişməyən yanaşmalar, baxış bucaqları da yoxdur. 



Tarix: 21.04.2016

20323

Ən çox gülünənlər