Əsl dil hansıdır, yazılı, yoxsa şifahi?


Klassik ədəbiyyat və şifahi xalq ədəbiyyatı. Bəzən klassik yazarların anlaşılmaz dilinə bu cür haqq qazandırırlar ki, o dövrlərdə dilin vəziyyəti o şəkildə olub.

Bəs nə üçün həmin dövrün bu anlaşılmaz dili öz dövründə yaranan şifahi xalq ədəbiyyatının aydın dilinə təsir etməyib. Məsələn, Füzulinin qəzəli ilə yaşıd olan atalar sözlərində bircə dənə də ərəb-fars mənşəli söz yoxdur. Əgər yazılı dilin inkişafı ilə şifahi dilin inkişafı arasında heç bir əlaqə yoxdursa, onda əsl dil hansıdır, anlaşılmaz olan və xalqın ictimai-siyasi taleyinin təsiri ilə hansısa bir dövrü əks etdirən yazılı dil, yoxsa heç bir təsirə uğramayıb öz saflığını qoruyan şifahi dil? 



Tarix: 27.04.2016

19725

Ən çox gülünənlər