Xilaskarın səbri


İnsanlıq tarixi ani sevinclərdə, ötəri xoşbəxtliklərdə dincini alan əbədi bədbəxtliklərin, qorxuların tarixindən başqa bir şey deyildir.

Ona görə də insan şüurunun həmişə xilaskar axtarışına ehtiyacı olub və bu ehtiyac o qədər şiddətli olub ki, ən böyük xilaskar kimi kəşf edib inandığı tanrı ilə yanaşı, insan xeyli sayda müxtəlif kiçik, əlçatan xilaskar obrazları da yaradıb. 

 

Məsələn, Tövrat, İncil, Quranla yanaşı, Şumer, Assuriya, Babil yazılarında, qədim yunan əfsanələrində, Satapath Brahmanın, Mahabharatanın qədim hind eposlarında, Qalle vilayətinin (Böyük Britaniyada) bəzi əfsanələrində, skandinav xalqlarının Eddesində və s. qədim mənblərdə haqqında danışılan Nuh tufanı rəvayəti, əslində, ilkin həyatın sudan quruya çıxmasının rəmzləşdirilməsidir.  

 

 



Tarix: 23.04.2016

21999

Ən çox gülünənlər