Ayrılıq boşanmaq deyil


Əfsanənin bir işi yaxşıdır ki, gözlənizlməz heç nə baş vermir. Sevgi əfsanəsidirsə, qadın da, kişi də qabaqcadan bilir ki, sonunda ayrılacaqlar, ona görə də çox da təlaş keçirmirlər.

Çətin olan əfsanələrə düşməyən adi həyatda baş verən ayrılıqlardır. Ayrılmaq fikrinə düşənlər qalır bir qıraqda, onların bütün qohum-əqrabaları tökülüşüb gəlir. Biri qıza alınan qır-qızılın haqq-hesabını çürüdür, o birisi oğlana alınan maşının təkərlərini çıxarır ki, mənim puluma alınıb. Başqa biri yorğan-döşəyin üzünü soyur. Sonra iş gedir məhkəməyə, yenə kimi kimi gəldi, harda tutdu soyur, ütür, boğazlayır.

 

Əfsanədə ayrılmağa nə var ki!..

 

 



Tarix: 28.04.2016

6719

Ən çox gülünənlər