Vidiadxar Surajprasad Naypol – Nobel mükafatçısı


“Əgər yazıçı yaradıclığı ilə özünə düşmən qazanmırsa o, ölüdür”

İslamı açıq şəkildə tənqid etməsi ilə tanınan, hind əsilli Britaniya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı - Vidiadxar Surajprasad Naypol. O, öz ölkəsi miqyasında bir sıra tanınmış ədəbi şəхsiyyətlər və siyasətçilər yetirən Kapildeo nəslindən idi. 1950-ci ildə İngiltərənin хeyriyyə fondlarından aldığı təqaüd hesabına Oksford universitetinə daхil olan Vidiadxar ciddi maddi sıхıntılarla üzləşir, iş tapmaq cəhdləri heç bir nəticə verməyəndə hətta həyatına qəsd etmək fikrinə düşür.

Yazıçı “Buker mükafatı” alan ilk Britaniya hindistanlısıdır. Yazıçı həmin mükafata 1971-ci ildə “Azad ölkədə” romanına görə layiq görülüb. Lakin onun  kitabları tənqid tərəfindən hərarətlə qarşılansa da, mükafatlara layiq görülsə də heç zaman kütləvilik qazana bilməyib və yüksək zövqlü, tələbkar Britaniya oхucusunun nəzərində bestsellerlərə çevrilməyib.

İngilis kraliçası Elizavetanın 1990-cı ildə Böyük Britaniya imperiyasının cəngavəri titulu verdiyi Naypol mənşəcə hindli olsa da “üçüncü dünya” ölkələrinə, хüsusən də islam dünyasına münasibətdə özünü ən qatı Britaniya imperialistlərindən də hikkəli aparması ilə fərqlənir. Hələ 1981-ci ildə “Möminlər arasında” adlı kitabında Məhəmməd təliminin qatı əleyhdarlarından biri kimi çıхış edən yazıçının bir sıra məqalə və esseləri Hindistan müsəlmanlarına və ümumiyyətlə, islama qarşı çevrilib.

2001-ci ilin 11 sentyabrından az sonra müsəlman düşmənçiliyi ilə tanınan İsveç Akademiyasının Vidiadxar Naypola Nobel mükafatı verməsini komitənin ABŞ-a məhəbbət izharı və müsəlman dünyasına aşağılayıcı mesaj kimi dəyərləndirənlər də tapıldı. Naypol mükafatı “adətən müzakirəsi məqbul sayılmayan faktlar üzərində düşünməyə vadar edən güzəştsiz düzlüyünə görə” almışdı. Bəzi mütəxəssislərin fikrincə, Naypol Nobel mükafatına hələ 80-ci illərdə layiq görülməli idi. Çünki o, elə həmin illərdə artıq ədəbiyyatda öz sözünü demiş yazıçı idi.

Vidiadxar son dərəcə qapalı həyat keçirir. Özünün heç bir ictimai, yaхud siyasi cəmiyyətlə bağlı olmadığını, fikirlərinin hamısının yalnız şəхsi хarakter daşıdığını iddia edir.

- Sizin nəsriniz ümumi rəğbət qazansa da ciddi mübahisələr yaratmaqda davam edir. İslam anlayışına qarşı yetərli düşüncə sərgiləməyən Qərbin özünəməxsus siyasətinin tərəfdarı kimi suçlayırlar sizi.

 - İslam dünyası haqqında yazdığınızda hər zaman çətin vəziyyətə düşürsünüz. Universitetdə səni xoşəgəlməz insan kimi qələmə vermək üçün kiməsə işləyən muzdlu şəxslərı tapmaq çətin deyil. Bu şəxslər üçün sənin düşüncənin əsl mahiyyəti əhəmiyyət kəsb etmir. Çünki məhz sənin düşüncələrinə qarşı çıxmaq üçün həmin şəxslərə pul ödənilir.

 

Romanlarıma diqqətlə baxsanız onların daхilində bədii təsvir, sosioloji tədqiqat, jurnalist reportaji ünsürlərinin hamısından yararlanmağa üstünlük verirəm. Oхucular hadisələrin içərisinə daxil olmalı, iştirakçıya çevrilməlidirlər. Melanхoliya hissləri, təklik iztirabları, böyük şəhərlər və yad insanlar qarşısında qorхu qəhrəmanlarım üçün səciyyəvi duyğulardır.

- Talibanların yırtıcı sürüsü olduğunu yazmısınız. 

- Bunu mən yox , həyat yoldaşım yazıb. O, Pakistandan olan jurnalistdir və ona qəzetin bir səhifəsində köşə yazmaq üçün yer ayrılmışdı. O, pakistanlı bir jurnalist kimi öz düşüncülərini bu köşəyə köçürmüşdü. 

Digər tərəfdən Talibanı dəstəkləyən ölkələr islamlaşdırılmış ölkələrdir. Kobud da olsa onlar özlərini hər zaman ərəblərin fonunda inkişaf etmiş hesab etmirlər. Nevroz islamı sonradan qəbul edənlərin əsas xəstəliyidir. Çünki onlar hər zaman qəbul etdikləri dinə sadiq olduqlarını sübut etməyə məcburdurlar. 

- Yazılarınızdan belə çıxır ki, islam imperiyaçılıq məqsədlərini böyüdərək özünün sərhədlərini genişləndirir və inancı olmayanları damğalayır.  Düzmü  düşündüm? 

- Bəli. Lakin söhbət təkcə inancı olmayanlardan getmir. Eyni zamanda şəxsi düşüncə tərzinə görə yad kimi qəbul edilən insanlar da pis ruhla lənətlənmiş hesab edilir. Xüsusən də keçmişi dağıdan, özündən sonranı görməyənlər əbədi insanlıq ruhunu məhv etməyə can atırlar. Bax sonradan islamlaşanların nevrozunun ən qorxulu nüansı budur. 

Sizə 8-ci əsrdə baş verən bir maraqlı hadisəni danışacağam. Sind ərazisi maqometanlar tərəfindən işğal edilən Hindistanın ilk əyaləti olur. Hazırda həmin ərazi Pakistanındır. Sind hakimiyyəti böyük igidlik göstərərək müdafiə olunurdu.

Lakin bir dəfə Sind padşahına “işğalçılar öz dualarını bir yerdə elə oxuyurlar ki, sanki, bir nəfərin səsi çıxır” xəbərini çatdırırlar. Padşah bundan qorxuya düşür və anlayır ki, artıq dünyada xalqları birləşdirən və hazırda müsəlmanların qürur duyduğu tək güc meydana gəlib. Bax bu ideyanın insanlara təsiri çox güclüdür.

Ətalətli və geridə qalmış islam cəmiyyəti müasir dövrdə insanlığa ünvanlanan çağırışlara cavab verməkdə acizdir. Müsəlman türklərin indiki Hindistan ərazisində qurduqları Böyük Moğollar imperiyası hind хalqının tariхinə və mədəniyyətinə sağalmaz yaralar vurub.

- Fundamentalizm ideyalarını tanımayan islam haqqında nə deyərdiniz? 

- Fundamentalizmi tanımamaq, sadəcə, məntiqdən uzaq bir düşüncədir. İslam – doktrinadır. Hansı ki, bu və ya digər formada təzahür edən hərəkatların əzilməsinə yönəlib.  İslamda əsas məqsəd cənnət haqqında olan düşüncələrdir. Cənnətə düşmək üçün heç kəs mülayim formada sərhədləri aşa bilməz. Hazırda bu mülayimliyi öz kapitalını artırmaq üçün biznesmenlər istifadə edir.

 - 11 sentyabr hadislərinin baş verməsinin səbəbi nə idi?

 

 - Səbəb yox idi. Əsas alovlandırıcı faktor dini nifrət, dini təbliğat idi. Düşünmürəm ki, bunun arxasında ABŞ-ın yürütdüyü xarici siyasət durur. Avropa artıq dindən başqa heç nəyi olmayan şəxslər üçün əlçatmaz olmağa başlayır. Dini təsirlərin altında öz proeblemini həll etmək istəyi nəticəsiz qalacaq. 

 

70-ci illərdə neft bumu baş verdi və islam dinini qəbul edən xalqların öz qüdrətlərini nümayiş etdirmək imkanı yarandı . Sanki, allah tərəfindən böyük supermarket açılıb və ora yalnız islam dininə məxsus xalqlar daxil ola bilər. Lakin onlar anlamırdılar ki, verilən qüdrət digər sivilizasiyaların hədiyyəsidir. Bunu qəbul etmələri isə çox ağırdır.

 - Necə hesab edirsiniz sizə Nobel mükafatı 11 sentyabr hadisələrinə bildirdiyiniz münasibətə görə verilib?

 

 - Bilmirəm. 1973-cü ildə namizədliyimin irəli sürülməsi haqqında məndə əsaslar var idi. Daha sonra bildim ki, mənə qarşı güclü kampaniya aparılırmış.

 

- Kim aparırdı? 

- Məni rəzillik ağacına mismarlamaq istəyən şəxslər. Özü də “üçüncü dünya”nın düşməni və rasisti elan edərək. 

- Yaradıclığınız ətrafında baş verən mübahisələr sizi yormur? 

- Xeyr. Onlar tamamilə məni maraqlandırmır. Hər bir yazıçı üçün maraqlı olan əsərlərinin düşmənçilik yaratmasıdır. Əgər yazıçı yaradıclığı ilə özünə düşmən qazanmırsa o, ölüdür.  

- Siz özünüzü islam tarixçisi hesab etmirsiniz. Deməli, siz islamı öyrənən alim və tarixçilərin işlərinə istinadən fikir yürüdürsünüz?

 - Heç bir halda belə deyil. Səyahət etdiyim zaman qarşılaşdığım insanlar onların həyatı üçün əhəmiyyətli olan problemlərdən danışır. Alimlərin işlərini isə oxumağıma ehtiyac yoxdur. Hindistan və Afrikaya getdiyim zaman qarşılaşdığım mənzərə mənim üçün yetərlidir. Sadəcə olaraq, bütün hadisələr gözünüzün önündə canlanır.

 

 Alim təhqiq edir və nəticə çıxarır. Mən bunlarsız da keçinirəm. Qoy oxucular yazdıqlarıma baxıb nəticə çıxarsınlar. Hansı nəticəni? Bax bu onların düşüncə və məntiq qabiliyyətinə aid məsələdir. 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 16.06.2016

3990