Ernest Heminquey Nobel mükafatçısı


İntihar onlarda, sanki, irsi aqibət idi, onun atası da, atasının atası da özü kimi bu yolla dünyayla vidalaşmışdılar

Bu yazıçını dünyada tanımayan şəxs yoxdur. Onun əsərləri o qədər qiymətlidir ki, ölkəsinin Milli Bankı onun əsərlərinin əlyazmalarını saxlayırdı. "Nobel mükafatını bircə povestə görə aldı. Qazandığı uğurdan başı fırlanan yazıçı özü Əzrayılı çağırdı. İntihar etdi. Bəlkə də, bu da irsidir. Çünki atası və babası da intihar etmişdi.

Ernest Heminquey.

Bir gün Madriddə öküz döyüşü zamanı Heminqueyin pərəstiş etdiyi matador qalib gəlir. Yazıçının əhvalının gözəl olduğunu sezən jurnalist ona yaxınlaşaraq: “Deyirlər siz Sovetlər Birliyinə getməyə hazırlaşırsınız. Moskvaya nə zaman gedəcəksiniz?” - sualını verir.

Bu, o qədər gözlənilməz sual olur ki, yazıçı sualı “Onlar da öküz döyüşü təşkil etsinlər mən gedərəm”- deyə cavablandırır. Növbəti gün qəzetlərin manşetində “Ernest Heminquey Sovetlər Birliyinə səfəri üçün Moskvaya öküz döyüşlərinin keçirilməsi şərtini qoyub” başlıqlı xəbər çıxır.

Yazıçı bundan çox əsəbiləşir. Bundan sonra Rusiyaya üzrxahlıqla bağlı teleqram göndərilir. Yazıçının vəfat etdiyi il Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edirik.

 “Komsomolskaya Pravda” qəzetinin əməkdaşı olaraq yazçının otağına daxil oluram və gözüm rəfdə Dostoyevskinin kitabına sataşır.

- Dostoyevski xoşunuza gəlir?

- Ümumiyyətlə, Rusiya ədəbiyyatını yüksək qiymətləndirirəm. Hər hansı bir məqamda yazıçı kimi formalaşmağımda Rusiya ədəbiyyatının təsiri olub.  Yazıçılığa başladığım zaman Puşkin, Qoqol, Tolstoy, Turqeniyevin əsərləri mənə çox ilham verib.

- Bəs bu nədir? Hə “Taras Bulba”

- Bəli “Taras Bulba”. Qəhqəhə çəkərək başını yelləyir - “Çox möhtəşəm kitabdır”- deyə sözünə əlavə edir.

Qonaq otağının mərkəzində kiçik dördbucaq masa var. Üzərində müxtəlif şərablar görmək mümkündür. Şərab şüşələrinin arasında yarımçıq “Stoliçnaya” arağına diqqətlə baxdıqdan sonra:

 - Görürəm ki, Rusiya ədəbiyyatı kimi vodkası da xoşunuza gəlir.

- Mikoyanın (keçmiş SSRİ-nin Baş nazirinin müavini) mənə hədiyyəsidir. Vodkanın sirri Rusiyanın sərhədlərindən kənarda yaşayan xalqlar tərəfindən hələ də açılmayıb - deyərək gülümsəyir.

- Gərgin işləməyinizin səbəbi nədir?

- Hər bir insan hansısa bir iş üçün dünyaya göz açır. Yerin səthində ayaq basaraq gəzənlərin həyatda öz vəzifə borcları var. Mənim borcum isə yazıçılıqdır. Yazıçı olmağı o qədər də istəmirdim. Lakin hazırda böyük planlarım olsa da bunları həyata keçirmək üçün vaxtım məhduddur. Yaxşı yazmaq istəyirəm.

Hazırda kiçik hekayələr üzərində işləyirəm və böyük romanı qurtarmaq üzrəyəm. Daha üç romanımın əlyazması Milli Bankın seyfində saxlanılır.

Sərin havanı xoşlayıram. Soyuq insan səhhətinə müsbət təsir edir. Hər zaman istəyirdim ki, Sovetlər Birliyinə səfər edim. Nəsə alınmırdı. Bundan başqa rus dilini də bilmirəm, bundan sonra da dil öyrənmək üçün çox qocayam. Mikoyanın danışığını eşitdim və rus dili çox xoşuma gəldi. Gözəl diliniz var.

Baş nazir müavinin evimə gəlməsi mənim üçün xoş oldu. Çoxdandır sovet adamları ilə görüşmürdüm. Kaşkina salamlalarımı çatdırın. O, heç zaman görmədiyim tərcüməçim və tənqidçim olan yaxşı dostumdur.

Yazıçının ölümüdən bir müddət öncə ABŞ-da gənclərlə söhbətindən

- Kitabları necə yazmağa başladınız?

- Hər zaman yazmağa can atmışam. Öncə məktəb qəzetində qısa qeydlər yazmaqla başladım. Artıq sərbəst formada yazım jurnalistika sahəsində işlədyimi zaman mümkün oldu. Belə ki, orta məktəbi bitirdikdən sonra “Star” qəzetinin əməkdaşı oldum. Burada çoxda çətin olmayan işim vardı. Adi müxbir.

- "Qoca və Dəniz" povesti necə yarandı? 

 

- Bir insanın balıqla başına gələn hadisəni mənə danışmışdılar. Belə ki, dənizdə qayığın içində olan şəxsin balıqla necə mübarizə aparması diqqətimi çəkmişdi. Və mən 20 il sonra tanıdığım bir şəxsi götürüb həmin vəziyyətə saldım.

Digər tərəfdən çalışıram ki, həyatın təbiiliyini qoruyub saxlayım. Bəzən bu çox çətin olur. Nəticədə yazılarımda əyrilik yaranır. Bax bu əyriliyi götürüb mənim yazı üslubum kimi qələmə veriblər.

 

- Bir kitabın ərsəyə gəlməsi üçün nə qədər vaxt lazımdır?

- Bu kitabın həcmindən və işlərin necə getməsində aslıdır. Bütövlükdə gözəl bir kitabı ortaya qoymaq üçün il yarım lazımdır. Lakin uğursuzluqlarla qarşılaşa bilərsən.

Məsələn, hər hansı bir əsəri başlayırsan yazmağa və bunu bitirdikdən sonra rahatlaşırsan. Bu anda sən yalnız özünü düşünürsən, oxucunu yox. Odur ki, yazıçı oxucu üçün yazdığı zaman çətinliklə üzləşir. Bütün hallarda əsərlərin ərsəyə gəlməsindən ancaq çəkdiyiniz əziyyət yadda qalır.

- Əsər yazmağa təzə başladığınız zaman tənqiddən qorxurdunuz?

- Qorxulası heç nə yox idi. İlk olaraq yazdıqlarımdan qazanc əldə etmirdim. Bacardığım qədər yazırdım. Əsərlərimin maraq kəsb etməsi məni düşündürmürdü. Bilirdim ki, gələcəkdə əsərlərimi başqa cürə qiymətləndirəcəklər.

Digər tərəfdən tənqidçilərlə elə qarşılaşmamışam. Ədəbiyyatda ilk addımlar atdığın zaman sənin fərqinə varmırlar. Bax bu yeni başlayan yazıçılara əlavə divident qazandırır.

- Yazılarınıza görə sizi təhdid ediblər?

- Kitablarımın çapından sonra dəfələrlə məni ölümlə hədələyiblər. 13-ə yaxın kitabım çap olunub. Bu, təbii ki, azdır. Çünki əsərin üzərində çox işləyirəm.

Digər tərəfdən özümə vaxt ayırmaq üçün bəzən yazılarıma müəyyən müddət ara verməli olurdum. Bundan başqa baş verən müharibələr də məni ədəbiyyatdan uzaqlaşdıran amillərdən biri olub. Yazıçı əsərini heç bir halda yarımçıq qoymamalıdır. İşdən qaçmaq olar, amma gizlənmək yox.

 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 28.06.2016

4034