36 min şagirdin Ana dilindən `2` almasının səbəbi


Dövlət İmtahan Mərkəzi ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələrini açıqlayıb və Təhsil Nazirliyinə təqdim edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu il IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır.

 

XI siniflər üzrə imtahanlarda isə 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötən ilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınmayıb.

Qeyd edək ki, IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) “2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) “2” qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) “2”, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) “2” qiyməti alıb.

 

 



Tarix: 04.07.2016

32261