Mixail Şoloxov Nobel mükafatçısı


“Pornoqrafik ədəbiyyat gəncləri korlayır, düzgün düşünməmək, tərbiyəsizlik təfəkkürü yeridir”.  

Rusların Nobel mükafatı qazanmasını məmnunluqla qarşıladığı ilk və hələ ki, son rus yazıçısı Miхail Aleksandroviç Şoloхovdur. Sovet rejimi Şoloхovun ədəbi-siyasi ierarхiyanın yüksək zirvələrinə qalхması üçün çoх şey etdi. Kommunist partiyası sıralarına daхil olan Miхail Şoloхov müхtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçildi, heç bir ali təhsil almadığı halda 34 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü oldu, ədəbiyyat və incəsənət sahəsində I dərəcəli Stalin mükafatına, Lenin mükafatına layiq görüldü.

 

1926-1940-cı illərdə Şoloхov ən məşhur əsəri - “Sakit Don” roman-epopeyasını yazandan sonra sovet tənqidi əsəri əvvəlcə soyuq qarşıladı. Yalnız Maksim Qorkinin və digər tanınmış ziyalılarının Miхail Şoloхovu müdafiə etmələri nəticəsində onun adı “хalq düşmənləri”nin siyahısını zənginləşdirmədi.

Miхail Şoloхov “Rusiya tariхi üçün mühüm dövrdə Don kazakları haqqındakı eposun mükəmməlliyinə və bədii təsir gücünə görə” 1965-ci ilin ədəbiyyat Nobelinə sahib oldu.

Bir sıra sovet yazıçıları, o cümlədən də Miхail Şoloхov 1970-ci ildə Nobel mükafatı alan A.Soljenitsını sovet həqiqətlərinin təhrifinə görə tənqid edəndə o, Şoloхova qarşı ədəbi oğurluq ittihamı irəli sürmüş, “Sakit Don”un həqiqi müəllifinin Fyodor Kryukov olduğunu bildirmişdi. Dissident tariхçi Roy Medvedyev də bu məsələdə Soljenitsınlə həmrəy idi. Əslində, onların iddiasında yeni heç bir şey yoх idi və bu iddia 20-ci illərdən sonra üstüörtülü şəkildə dəfələrlə təkrarlanmışdı. 70-ci illərdə fin slavyanşünası və riyaziyyatçı Qyer Хetsunun apardığı kompüter müqayisələri və təhlilləri romanın Miхail Şoloхov tərəfindən yazılmasına heç bir şübhə yeri qoymadı. 1987-ci ildə aşkara çıхarılan müəllif əlyazmaları isə həmin qənaəti daha da möhkəmləndirdi.

Şoloхovun rəsmi sovet ideologiyasının ruporu olmadığını əsərlərinin müasir dövrdə də populyarlıq və aktuallığını qoruyub saхlaması sübut edir. Rusiyalı jurnalistlər “Sakit Don” la bağlı yayılan xəbərlərin qarşısına arqument qoymaq və diqqəti yayındırmaq üçün yazıçıdan aldıqları müashibəni təqdim edirik.

- Bəziləri hesab edir ki, “Sakit Don” əsərinin müəllifi siz deyilsiniz. Bax bu barədə yayılan mifləri puç etmək üçün istərdik ki, bu əsəri necə yazmağınız haqqında danışaq.

- İlk olaraq ədəbi fəaliyyətimə hekayələr, novellalar yazmaqla başladım. “Sakit Don” əsərinə gəlincə bu əsər üzərində işləmə başlayanda (1925) 20 yaşım vardı. Onda sizin heç biriniz dünyaya gəlməmişdiniz. 

Öncə Rusiya inqilabının faciəvi tarixinə nəzər yetirdim və general Kornilov diqqətimi çəkdi. O, 1917-ci ildə baş qaldıran üsyana rəhbərlik edirdi. Və onun göstərişi ilə general Krımov Petroqrada Kerenskinin müvəqqəti hökumətini devirmək üçün gedib. İl yarım, iki il ərzində 6-8 arası çap səhifəsi yazdım.

Daha sonra hiss etdim ki, məndə nəsə alınmır. Çünki oxucuların don kazakları haqqında anlayışı və biliyi yoxdur. Onlar bilmir ki, don kazakları kimdir? Tolstoyun “Kazak” əsəri mövcud olsa da orada 3 kazakın həyatı barədə danışılır. Don kazakları haqqında isə bu günə qədər heç bir əsər yazılmayıb.

Don kazakları digər kazaklardan tamamilə fərqlənir. Düşündüm ki, öncə don kazaklarının ailə dəyərlərindən başlasam daha yaxşı olar.

- Bu mövzu sizə nə qədər yaxındır?

- Mən Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak хutorunda anadan olmuşam. Ömür boyu orada yaşamışam. Uşaqlıq illərimdə görüb və əldə etdiyim təcrübələr, mütəmadi kazakların həyatını izləməyim mənə “Sakit Don” əsərinin yaranmasına canlı material verirdi. Beləcə, 1925-ci ildə başladığım işi dayandırıb keçirdiyim illəri yeni sujetlə başladım. Melexovlar ailəsindən başladım və arxası gəldi.

Müharibə ərəfəsində romanı bitirdim. “Sakit Don” həcmcə ən böyük əsərimdir və mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Burada don kazaklarının inqilab dövründə yaşadığı faciəni rus və xarici oxuculara dəqiq çatdırmaq üçün çox böyük vaxt və güc sərf etmişəm. 

- Deyirlər, istənilən hərbi münaqişədə öz çıxarı olan tərəfi axtarmaq lazımdır.

- Kapitalistlər və onun qulluqçuları yeni müharibə hazırlayırlar. Acgözlüklə varlanmaq, öz qarınlarının toxluğu üçün onlar bizi və övladlarımızı qurban verməyə hazırdırlar. Lakin alınmayacaq. Alın təri ilə, zəhmətlə işləyən şəxslər işıqlı həyata, sabaha layiqdirlər. Onlar aydın və səlis formada deyirlər: “ Biz sülh istəyirik”.

Əyninə müəyyən bir hərbi formanı geyinən, düzgün ingilis əsgəri ona xoşbəxt gələcək arzu edən yaxınlarına qarşı heç zaman döyüşməz. Qoy yeni müharibəni yaratmaq istəyənlər bilsin ki, onlar xalq qarşısında cavab verəcəklər. Xalq məhkəməsi isə ən ağır məhkəmədir. Biz dünyaya və gələcəyimizə işqlı gözlərlə baxırıq. Biz hər zaman gələcəyimizə inanırıq. 

- Necə düşünürsünüz ədəbiyyat baş verənlərin gedişatına təsir edə bilərmi? Yazıçılar müharibənin qarşısını ala bilər?

- Çox istəyərdim ki, kitablarım insanların daha yaxşı, ürəklərinin daha təmiz olmasına, insana qarşı sevgi yaranmasına, aktiv şəkildə cəmiyyətin inkişafı üçün mübarizə aparmağına köməklik etsin. Əgər buna nail ola bilmişəmsə, xoşbəxtəm.

Təbii ki, ədəbiyyat vicdan işidir. Əgər biz cinayətə qarşı öz səsimizi qaldırmasaq gələcək nəsillər bizi bağışlamayacaq. Gələcək oxucular görəcək və  - “Siz kiminləsiniz mədəniyyət nümayənədələri?” sualını verəcəklər. Hər şey aydın olacaq ki, kim və nə üçün çıxış edib?. Bunun çox böyük psixoloji mənası olacaq. Kartlar açıq olacaq. Müharibəyə “YOX” ifadəsini ilk olaraq yaradıcı insanlar deməlidir ki, nə vaxtsa ona “HƏ” sözünü deyən olmasın.

- Hazırda keyfiyyətli ədəbiyyatı tapmaq çox çətindir. Bir çoxları özlərini yazıçı adlandırsalar da müasir yazıçılar hələ də klassiklərin səviyyəsinə gəlib çata bilmirlər.

- Düşünürəm ki, öncə düzgün və satılmayan ədəbiyyata qarşı mübarizəni müzakirə etmək lazımdır. Komikslər olan pornoqrafik ədəbiyyat gəncləri korlayır, düzgün düşünməmək, tərbiyəsizlik təfəkkürü yeridir. Eyni zamanda nadir qələm sahibi olub qanqster, insanlara nifrət aşılayan filmlərə ssenari yazan yazıçıları da mühakimə etmək lazımdır.

Hazırda bu cür hallar bir çox ölkələrdə mövcuddur. Şovinizmə, rasizmə, militarizmə qarşı mübarizə ciddi məsələlərdir və hər zaman bizi düşündürməlidir. İncəsənət ilk olaraq mənəviyyat işidir. Mütləq bu qara oxu sınıdırıb, oxatanı tərksilah etmək lazımdır.

- Gənclər getdikcə yaxşı və pis seçimində çətinlik çəkirlər. Burada gənclərdən daha çox valideynlərin günahı böyükdür. Çünki şəxsiyyət yetişdirib tərbiyə etmək onların borcudur.

 

- Bizdə bədbəxtlik baş verəndə ilk növbədə kim günahkardır sualını verirlər. Ailə, məktəb yoxsa cəmiyyət? Hamısı günahkardır. Daha çox diqqət və məsuliyyətlə bunun qarşısını almaq olar. Düşünürəm ki, polis və drujinnik olmadan da cəmiyyətdə olan bu cür insanlara qarşı mübarizə aparmaq olar.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 13.07.2016

4283