Rus, çeçen, yoxsa yəhudi?


Tolstoydan və Dostoyevskidən daha böyük rus

Lev Tolstoyun xatirələri: “Bu insan güclü şəxsiyyət idi. O, çox böyük işlər görə bilərdi. “Hərb və Sülh” onun “Borodino” şeri yanında buğda dənəsidir. Əgər o, bir az da yaşasaydı nə mən lazım olacaqdım, nə də Dostoyevski”.
Dueldə ölən növbəti rus şairi. 26 yaşında dünyasını dəyişən şairin ölümü ətrafında gedən söz-söhbətlər hələ də davam edir.
Lermontovu öldürən kim olub?
Perm Dövlət Tibb Universitetinin akademiki, cərrah Mixail Davidov artıq əsrin dörddəbir hissəsini şairin yaradacılığını öyrənməyə həsr edib.
O, ensklopediyada yazılan, guya, şairin yaralı olandan beş dəqiqə sonra dünyasını dəyişdiyi faktının yanlış olduğunu bildirib. Lermontovu öldürən Martınov dəfələrlə qeyd edib ki, o, duel keçirilən ərazini tərk edən zaman şair sağ olub. Hətta Pyatiqorskinin komendantı İlyaşenkov duel zamanı Lermontovun köməkçisini “şair ölməyib” deyə həbsxanaya göndərmək istəyib.
Bundan başqa şairin qulluqçusu olan 16 yaşlı Xristofor Sanikidze Mixail Yureviçin yaralı vəziyyətdə şəhərə aparılan zaman yolda dünyasını dəyişdiyini vurğulayb. Bundan öncə şair duel keçirilən ərazidə yağışın altında yaralı vəziyyətdə dörd saata yaxın qalıb.



Tarix: 17.08.2015

3946