Müəllimlər otağında zarafatlar


Müəllim peşəsini bütə yox, kulta çevirmək lazımdır. Cəmiyyət öz müəllimlərinin ayaqları ilə axsayır.

Əvvəllər müəllim haqqında belə bir yanlış təsəvvür formalaşdırılmışdı ki, müəllim təhsil işçisindən daha çox tərbiyəçi olmalıdır və müəllimlər də qollarını çırmayıb məktəblərdə canla-başla, şillə-təpiklə tərbiyəçiliklə məşğul olurdular. Ona görə də məktəbləri əxlaqi cəhətdən yüksək, amma iki diplomla əlindən bir iş gəlməyən kadrlar bitirirdi.

Müəllim əxlaqı elmin içində əritmiş adam olmalıdır. Çünki yalnız əxlaq öyrədəndə molla, yalnız elm öyrədəndə müqəvva yetişdirir.  



Tarix: 15.12.2016

14519