Qafar Şövqi - Satira


Həcimiz gəldi səfərdən bizə çox kəlmə dedi. Demədi Məkkəyə qonşuyla yarışdıq getdik.

 Getdik

 

Yaşayıb hər cürə çirkaba qarışdıq getdik

Özümüzdən küsüb, axırda barışdıq getdik.

***

Qalmağa işdi çalışsaydıq əgər qalmış idik.

Deməli, getməyə əslində çalışdıq, getdik.

***

Elə rahat yaşadıq gəldi-gedər bir yerdə.

Elə bil, cənnətə Allahla danışdıq, getdik.

***

Qazımız da kreditlə elə xodnan gəldi...

Nə soyuqdan buza döndük, nə qızışdıq getdik.

***

Həcimiz gəldi səfərdən bizə çox kəlmə dedi.

Demədi Məkkəyə qonşuyla yarışdıq getdi.

***

Dedin imkan da cırır, imkanımız cırmadı heç.

Gələcək böhrana hər kəslə cırışdıq getdik.

***

Dedilər rəhmətə getmək bilet istər qadası,

Biz də hər kəs kimi yol pulunu atışdıq getdik.



Tarix: 06.02.2017

3691