İki Ramiz dalaşdı

Yazdı-yamadı Vələmyesir
Tarix: 24.08.2015
8535

Deyir, bu gün Akademik Milli Dram teatrında əcəb dram-drum olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı tankçı Həzi Aslanov əsəblilərini çilovlaya bilməyib İbrahimxəlil xanın sui-qəsdçisini yumruqlayıb. Teatrın qarderobundan verilən xəbərə görə, davaya səbəb öz peşəsindən əl çəkməyib indi də müdirə sui-qəsd hazırlayan köhnə dərvişin artıq-əskik danışması olub. Məsələ ilə bağı İbrahimxəlil xanla əlaqə saxladıq. Xan bildirdi ki, İsrafil müəllim onu teatrdan uzaqlaşdırdığı üçün vəzifəsini müvəqqəti olaraq dondurub, orada baş verənlərdən heç bir xəbəri yoxdur.
Yazdı-yamadı Vələmyesir
Tarix: 24.08.2015

Ən çox gülünənlər