Nil Qeyman – Yeniçağın fantastik ədəbiyyatı


“Biz problemlərimizi gələcək nəsillərə ötürməməliyik, arxamızca tökdüyümüz hər şeyi özümüz yığışdırmalıyıq”

 Məşhur ingilis yazıçı-fantastı Nil Qeyman. Bir çox mükaftlara layiq görülən yazıçının “Ulduz tozu”, “Amerika Tanrıları”, “Korolina”, “Qəbiristanlıq kitabı” əsərləri daha məşhurdur. “Koralina” əsəri əsasında eyniadlı ailəvi cizgi film çəkilib. Uşaqların cizgi filminə tək baxmasına icazə verilmir. Cizgi film hətta “Oskar” mükafatına namizəd olur və “Amerika Kinematoqrafiya İnstitutu” 2009-cu ildə “Koralina” ya “İlin ən yaxşı filmi” adını verir.

 

Eyni zamanda 2013-cü ilin ən yaxşı kitabı adına yazıçının “Yolun Sonunda Okean” romanı layiq görülüb. Qeyman siyahıda Robert Haris, Keyt Atkinson və Malalu Yusufzay kimi yazıçıları qabaqlayıb. Mistik əsər Sasseksa fermalarında insan cildinə girmiş Allahlarla qarşılaşan oğlandan bəhs edir. Maraqlı mif-nağılda hadisələr kitab qurdu olan oğlan uşağının dilindən nəql edilir. Bütün əsər boyu yazıçı oğlanın adını qeyd etməsə də, obrazda Nil Geymanın cizgiləri açıq-aydın hiss olunur. Sasseks fermalarında gəzintiyə çıxan uşaq insan cildinə girən qədim allahların evinə gəlib çıxır və elə həmin andan etibarən onun adət etdiyi dünyanın düz üzü cırılır, astar üzü görünür - içəridən isə başqa dünyanın məxluqları çıxır.

“Qəbiristanlıq kitabı” əsəri də maraqlı sujet xətti ilə seçilir. Belə ki, qəbirstanlıqda yaşayan ailəni Cek adlı şəxs öldürür. Yalnız beşikdə qalan oğlan uşağı sağ qalır. Həmin oğlana isə qəbiristanlıqda yaşayan ruh ailəsi və vampirlər baxmağa başlayır. Oğlana Nikt Ouens adı verilir və ruhlar onun valideynlərinin qatilinin sağ olduğunu bildikləri üçün onu qəbiristanlıqdan kənara buraxmırlar. Oğlan böyüdükdən sonra qatilin əsl adının Cek olmadığını və onların qatillərdən ibarət orden olduğunu müəyyən edir. Əsərdə həyəcanlı anlar bundan sonra başlayır. Yazıçının verdiyi müsahibələrdən seçmələri təqdim edirik.

- Sizin yazıçılıq iddianız bu illər ərzində necə artıb?

- Mən yazıçılığa başladığım zaman yalnız yemək və başım üzərində damın olmasına yetəcək qədər pulumun olmasını istəyirdim. İlk imzalanmış müqaviləmdə məni sevindirən ən çox vəziyyət çap maşınımı dəyişməyim idi. O, möhtəşəm olmasa da, elektrikli idi. Amma yenə də yazıları avtomat qələmlə yazıram. Bu qələmə “Ulduz tozu”nu yazarkən başlamışam. 1920-ci illərdə hansı üsulla yazırdılarsa o cür yazmaq istədim. Böyük bir dəftər ilə “Waterman” markalı bir qələm aldım. Astaca yazmaq xoşuma gəldi. Beləcə, cümlələr üstündə daha çox düşünə bilirdim. Əl yazısı ilə yazanda, ikinci dəfə təkrar yazmağa məcbur olursan. Bu xoşuma gəldi. Ora-burasını silib düzəltmək olmur. Qələmi mürəkkəblə doldurmaq da xoşuma gəlmişdi . Eyni zamanda mürəkkəbin rənglərini dəyişməyi də sevirəm, bu mənə həm də hər gün nə qədər səhifə yazdığımı da bilməyə imkan verir.

İndi isə mən daha nə cavan və nə də ac deyiləm. Ən yaxşısı odur ki, mən bütün bu illər yazmışam və peşə fəaliyyətimi dayandırsam belə evin icarə haqqına yetəcək qədər pulum var. Yemək də masa üzərində olacaq. Əgər yazmağa ruhum olmasa belə uşaqlarımın ac qalacağı ilə bağlı narahatlığım yoxdur. Bir dəfə məndən soruşdular ki, “Qəbiristanlıq kitabı”nı niyə yazmışam .Ona cavabı dərhal verdim: “Çünki belə bir şey mövcud deyildi”. Bu, o demək idi ki, mən onu oxuya bilmirdim və heç kim də bilmirdi. Ona görə də mənə, sadəcə, onu yazmaq qaldı. Bu qayda məndə artıq 30 ildir işləyir.

- “Yaxşı yazılmış hekayələr xoşuma gəlir. Amma reallıq yaxşı hekayə deyil”. Bu fikirlər sizə aiddir. Yazıçı kimi siz reallıqları süjetlərə daxil edirsiniz?

- Bəli, əlbəttə. Və bütün səhvləri düzəldirəm. Bilirsiniz, bu qəribədir, çox yaxşı əhvalatlar sizin dəhşətli hərəkətlərinizdən başlayır. Həyat tarixinin kağız üzərində formalaşmasını izah etmək çox çətindir. İnsanlar süjet qəhrəmanları ilə özünü eyniləşdirmək istəyirlər. Bəzən insanlar axtardığı sulların cavabların kitablarda tapırlar. Arzuladıqları və nail ola bilmədikləri həyatı kitabların vərəqində görürlər. Bu ümidsizliyin məhv olmasına gətirib çıxarır. Yazıçının bu fonda missiyası böyükdür. Bəzən isə yazıçı həyatının küncündə gizlənən xoşbəxtlikləri sağsağan kimi oğurlayaraq sujet xəttinə daxil edir.

- Biz dünyanı olduğumuz kimi görürük. Qatil qatil kimi, ruhani müqəddəslərin dünyası kimi görür. Bəs siz yazıçı olaraq dünyanı necə görürsüz?

-   Gözəl sualdır. Mən tarixi görürəm. Onlar bəzən mənim arvadımın beyini məhv edir. Bir qayda olaraq, insanların tarixini görürəm. Şeylər təhkiyə formasını alır. Amma ümumiyyətlə, mən prinsipcə insanları xeyirxah, ağıllı, xoşniyyət bəzən də yanlış hərəkət edənlər kimi görməyə çalışıram. Mən prinsipial şərə güvənən qəribə insanlar tapıram. “Yaxşı Əlamətlər” əsərimdən stat gətirirəm: “İnsanlar, əsasən, insandır. Onlar yüz faiz yaxşı və ya yüz faiz pis ola bilməz. Bax, mən yazmağa gedəndə bunu düşünürəm”.

Bu yaxınlarda həbsxanada olan məhbusun dedikləri diqqətimi çəkdi. O, deyirdi ki, düşdüyü reallıqdan uzaqlaşması üçün kitabların böyük əhəmiyyəti olub. Axı bu, reallıqdan qaçış deyil. Bu, şüurlu dünyadan köçməkdir. Oradan isə tamam başqa qayıdırsan. Sən yeni alətlərlə, biliklərlə silahlanırsan. Və xüsusən də əvvəllər bilmədiyin əşyalarla.

- Ədəbiyyat gələcəyi dəyişməyə qadirdir?

- Ədəbiyyat sizə başqa dünyanı göstərə bilər. Bütövlükdə isə bədii ədəbiyyatın iki vəzifəsi var. Birinci - o, sizin mütaliədən asılılığınızı ifşa edir. Bütün bunlar yeni sözlər öyrənməyə, başqa cür düşünməyə, irəliyə doğru hərəkət etməyə vadar edir. Kitab oxumağın öz-özlüyündə həzz olduğunu bir dəfə aşkar etməklə siz daimi mütaliə yoluna qədəm qoyacaqsınız.  İkincisi, bədii ədəbiyyat insanda empatiya yaradır. Empatiya insanları bir yerə toplayan və insanın özünü özünəvurğun tənhalar kimi aparmasına mane olan vasitədir. Bədii əsər hərflərdən və durğu işarələrindən istifadə edərək əmələ gəlir. Və yalnız siz özünüz öz təxəyyülünüzü işə salaraq bir dünya yaradır, orada məskunlaşır və ətrafa digərlərinin gözü ilə tamaşa edirsiniz.

- Uydurma dünyadan reallığa qayıdaraq ətrafımızı dəyişmək üçün nədən başlamalıyıq?

 

- Kimliyindən asılı olmayaraq hər kəs xəyal qurmağı bacarmalı və qurmalıdır. Yəni özümüz üçün nəsə uydurub düşünməliyik. Heç kimin heç nəyi dəyişdirməyəcəyini, cəmiyyətin çox böyük, fərdin isə divardakı atomdan da, düyü tarlasındakı dəndən də kiçik olduğu dünyada yaşadığımızı düşünmək çox asandır. Ancaq bu, bir həqiqətdir ki, şəxsiyyətlər yenidən və yenidən dünyanı dəyişdirirlər, onlar gələcəyi yaradırlar. Ətrafınıza nəzər yetirin. Biz hər şeyi gözəlləşdirməliyik. Dünyanı pis vəziyyətə salmamalı, okeanları məhv etməməli, problemlərimizi gələcək nəsillərə ötürməməliyik. Biz arxamızca tökdüyümüz hər şeyi arxamızca yığışdırmalıyıq. Odur ki, birinci özümüzdən başlamalıyıq.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 20.02.2017

3434