Hin fəlsəfəsi


Ruhanidən çox ginekoloqa oxşayırlar.

Əslində burda gülməli bir şey yoxdu. Hələ də islam ölkələrinin çoxusunda “görəsən, qadın da insandırmı?” kimi suallar ətrafında mübahisələr gedir. Din alimləri ruhanilikdən çox ginekologiya ilə məşğuldular. Bu arxaik müsəlman kişiləri öz həyat yoldaşına şəxsi malı kimi baxır. Onun şəxsiyətini qəti nəzərə almaq istəmir. Qadının şəxsiyətini nəzərə almağı ayıb sayırlar. Həyat yoldaşı nədi? Həyat yoldaşları! Cəm halında yazılmalıdı bu söz. Cəm halında, yəni hərəm halında, cariyyə halında, sürü halında. Bunlarınkı hin fəlsəfəsidi, bir xoruzdu, bir sürü də toyuq. Elektron əsrinin texnologiyasını adam asmağa, qadını daşqalaq eləməyə işlədirlər. 



Tarix: 12.05.2017

65218

Ən çox gülünənlər