
QAFAR ŞÖVQİ
Ciddi göründük bizi məhv etdi kədər, mırtdaşaq.
Qurban olum ciddilik olmaz bu qədər, mırtdaşaq.
***
Öncə gülüşlər bizə zülm eylədi zalim kimi.
Qırdı ürəklərmizi ən qorxulu tilsim kimi.
Sonra ağıl bizlərə dərs keçdi müəllim kimi.
Sonra fikirləşdik, adamlarla nətər mırtdaşaq.
***
Oldu bizim bülbülümüz başqa bağın qurbanı.
Göz dalın həsrətni çəkir, qaş qabağın qurbanı.
Sən deyən insanlıq olub qaşqabağın qurbanı.
Qəh-qəhə altındadır insani dəyər, mırtdaşaq.
***
Qəh-qəhə altında qalan təkcə dəyərdir bəyəm?
Çox şeyə güldük gecə bizkimlərə vız gəldi qəm.
Cırdıq həya pərdəsin arsızlığa qoyduq qədəm.
Bir dəli şeytan dedi hər kəslə səhər mırtdaşaq.
***
Çıxdı günəş doldu cahan nur ilə başdanxərəb...
Nur da qaranlıqdakı şairlərə göndərdi təb.
Sağ gözü ilə bizi ey ciddi görən kor ərəb.
Sol gözün ilə bizə bir eylə nəzər, mırtdaşaq...
***
Şövqi çalış pis kimi də al qələmə pisləri.
Tənqidin ilə elə boğ, çıxmasın heç səsləri.
Məsğərə obyektinə çöndər əyilən kəsləri.
Yaz bu əyilmişlərin haqqında əsər, mırtdaşaq.
Tarix: 22.05.2017
