Əhliləşməmiş iki gənc


Sosial şəbəkələrdə paylaşılan həmin video-çarxa baxarkən o saqqallı gəncləri itin yerinə zəncirləyib boğulub ölənədək maşın dalında sürütləməyi arzuladım.

Həə, sən demə, keçən il elə bu vaxtlar at ilə itin bir söhbəti olubmuş. Söhbət əsnasında at minilərək əhliləşdiyini boynuna almış, iti isə tamam başqa aqibət gözlədiyini ona öncədən söyləyibmiş. Dünən iki saqqallı gənc boğazına zəncir bağlanmış bir iti yük maşınının yanı ilə sürüyə-sürüyə aparmışdılar. Təsadüfən bu mənzərəni görən qadınlar  insaflı çıxmış, iti onların əlindən güc-bəla ilə xilas eləmişdi.



Tarix: 01.08.2017

65217

Ən çox gülünənlər