Jiletdən, qabırğadan, ayaqqabıdan ibarət kəlləsiz yazıçı



Onun qələminin itilənməsində Puşkin yaxından iştirak edib. Puşkin onu o, qədər qiymətli şəxs hesab edirdi ki, “Müfəttiş” əsərinin sujetini və “Ölü canlar” romanının ideyasını özü vermişdi ona. Bulqakov onu özünə müəllim hesab edirdi.
Evin ilki idi o. Ondan sonra 6 qız və 6 oğlan dünyaya gəlsə də, bəziləri yaşaya bildi. Valideynləri pravoslav rahibləri idi.
Qoqol uşaq vaxtlarında ciddi qorxular keçirib. Xatirələrinin birində Qoqol belə deyirdi: “ 5 yaşım vardı. Ana və atam evdən gedən zaman alatoranlıq idi. Divanın kənarında oturaraq qədimi taxtadan olan saatın əqrəblərinin səslərinə qulaq asırdım. Qulağıma, sanki, nəyinsə gəlib getdiyini duyurdum. Bu, sadəcə, saatın əqrəblərinin həyatımdan oğurladığı vaxtın duyğusu idi. Birdən pişiyin sakit və o qədər də əsəbi formada səsi məni düşdüyüm duyğunun dibindən çıxartdı. Sakit formada mənə yaxnlaşan pişik qəzəbli gözləri ilə məni seyr etdi. Qorxudan divanın başına çıxdım. Lakin pişik, sanki, məqsədli şəkildə məni izləyirdi. Ölüm anının yetişdiyini hiss etdim. Allahın qəzəbi bu cür olurmu? Düşündüm. Qorxuma hakim olub pişiyi götürüb evin qarşısında olan gölməçəyə atdım. Onun həyatı ilə mübarizə aparmağına baxıb, özümü ölüm qarşısında qalib hesab edirdim. Qalib və məğlub. Pişiyə yazığım gəlsə də, onu xilas edə bilmədim. Ağlamaqdan gözlərim şişmişdi.Bütün baş verənlər atama danışandan sonra sakitləşə bildim. Sakitlik isə müvəqqəti id. Çünki qəbir əzabında bunun əvəzini vemrək var idi”.
Ölümündən sonra da yazıçı öz oxucularına rahatlıq verməyib. Bəzi rəvayətlərə görə, yazıçı diri basdırılıb. Belə ki, 1931-ci ildə yazıçının basdırıldığı yerdə yerləşən monastrın ərazisində yeniyetmələr üçün təcridxana tikmək qərarı verilir. Bu isə qəbiristanlığın köçürülməsi demək idi. Yazıçının qəbri açıldığı zaman, guya, yazarın arxası üstə deyil, bir tərəfi üstə uzanması, qəbrinin qapağının cızıqlar içərisində olması kimi xəbərlər sürətlə yayılmağa başladı. Amma bu söhbətlərin heç biri faktla təsdiqlənməsə də, deyilənlərə görə, qəbir açıldığı zaman yazarın kəllə sümüyünün orada olmadığı həqiqətdir.
Qoqolun qəbri köçürülməsində iştirak edən Ədəbiyyat İnstitutunun professoru yazıçı V. Q. Lidin yazır ki, Qoqolun qəbrinin açılması prosesi, az qala, bir gün çəkdi. Belə ki, tabut, adətən, olduğundan daha dərində basdırılmışdı. Hava qaralanda, nəhayət, qəbir açıldı və gördük ki, tabutun içərisində Qoqolun başı yoxdur. Hətta Lidin qeyd edir ki, Qoqoldan “yadigar olaraq” onun əynindəki jiletdən bir parça kəsib götürür. Həmin mərasimdə iştirak edən başqa bir yazar - Vsevolod İvanov Qoqolun bir qabırğasını, qəbristanlığın direktoru Arakçeyev isə onun ayaqqabılarını “yadigar” saxlamaq üçün götürür.
Dinə qarşı qeyri-adi baxışı olan yazıçının qəbir dünyasından qorxusu hədsiz idi. Məhz bu qorxu yazıçının “İtmiş qramota” “Viy” “Soroçinin Yarmarkası” əsərlərini ərsəyə gəlməsinə gətirib çıxarıb.
Sağlığında vəsiyyətnaməsini dərc etdirdi.

Hər bir yazıçı oxucular tərəfindən hər dəfə müzakir obyekti olaraq yenidən təhqiq edilməsi ilə qürur duymalıdır. Qoqol da bu cəhətdən bir çox yazıçılardan geri qalmır. Sınaq və uğura bir çoxları tam gətirə bilmir. Qoqol “Dünyaşəhəri”ni yazır. Sonra “Peterburq povestləri” pyesini ərsəyə gətirir. “Ölü canlar” poemasını isə bir çox ədibçilər rus şəxsiyyətinin tam formada izah edilməsinin ən üstün forması kimi qiymtləndirirlər. Əsərin ikinci tomu birinicdən geri qalmır. Poema ətrafında yaranan sakandal incə ruhlu şarini qəlbini snıdırır. O, uzun müddət gözlədi, səbr etməyə çalışdı, lakin artıq cəmiyyət tərəfindən üzərinə olunan hücumlara dözməyə gücü yox idi. Deyilənə görə, dahi yazıçı könüllü şəkildə ölümə doğru getməyə başladı – özünə aclıqla əziyyət verdi. Ən acınacaqlı vəziyyət isə bu oldu ki, yazıçı “Ölü canlar”ın 2-ci cildini yandırdı. Bu, yazıçının ilk belə davranışı deyildi.
Qoqol özünün ilk kitabını da yandırıb. Gimnaziyadan sonra Peterburqa qayıdan Nikolay alman romantik məktəbinin təsiri ilə poema yazdı. Lakin Qoqol kəskin tənqidlərə məruz qalan əsərinin bütün nüsxələrini mağazalardan alıb yandırdı. Ancaq bu əsərin əlyazması bir müddət sonra onun kitabları arasında tapılıb. Tədqiqatçılar hələ də müəyyənləşdirə bilmirlər ki, həmin gecə yazarın yandırdığı nə olub? . Ola bilər ki, əlyazma iki nüsxədə olub.
Qorxular onun üzərinə yeni güclə çökdü. Ürəyindəki mövcud narahatlığa yazıçı əziyyətinin qiymətləndirirlməməsi və kəskin ictimai rəy də əlavə olunduqdan sonra psixoloji durumu daha da ağırlaşır. Lakin Qoqol yalnız bir varlığa güvənirdi - sözün gücünə. Bütün basqılara baxmayaraq Qoqol 1847-ci ildə “Vəsiyyətnamə” adlı fəsillə başlayan “Dostlarla yazışmalardan seçilmiş məqamlar” adlı kitab çap etdirir. Müəllif burada onu sevənlərə və dostlarına etdiyi müxtəlif vəsiyyətlərdən sonra yazırdı: “Mən yazıçıyam - yazıçının borcu yalnız ağlı və zövqü əyləndirmək deyil; o əsər ki, ruhu qidalandırmır və nəyisə öyrətmir, onu yazmağın heç bir mənası yoxdur.”
Qoqolun bu kitabı istisnasız olaraq hər kəs tərəfindən tənqid olunmağa başladı. Belinski açıq məktubunda Qoqolu “nadan”, “ağıldankəm” adlandırır, ən ağlagəlməz sözlərlə təhqir edir və “Ayağınızın altına baxın: uçurumun kənarında dayandığınızı görmürsünüzmü?” - deyə ittiham edirdi.

Axirətdən qorxan dahi



N. V. Qoqolun digər yazıçılara baxanda şəxsi həyatında bəxti gətirməyib. O, uzun müddət saray xanımı Aleksandra Osipovna Smirnova-Rosseti sevib və onunla uzun illər boyunca yazışıb. Sonralar qrafinya Anna Mixaylovna Vilyeqorskaya ilə tanış olan Qoqol onunla da sıx ünsiyyət saxlayıb və qrafinyaya evlilik təklifi edib. Cavab isə yox olub. Evliliklə bağlı Qoqol mübarizə aparmaq deyil, geri çəkilmək yolunu tutub. Belə ki, 1848-ci ildə V. A. Jukovskiyə məktubunda o, yazırdı ki, özünü dünya həyatına heç nə ilə bağlamamalıdır, o cümlədən, ailə bağları ilə də.
Nikolay Vasilyeviç tez ruh düşkünlüyünə qapılan insan olub. Belə ki, yazıçının “Müfəttiş” pyesi 1836-cı ildə səhnələşdirildi və imperator tərəfindən müsbət qarşılandı ki, imperator Qoqolun kitabının bir nüsxəsinin qarşılığında ona brilyant üzük bağışladı. Lakin bu əsər ədəbi tənqidçilər tərəfindən müsbət qarşılanmadığı üçün yazıçı uzunmüddətli depressiyaya düşdü və bu əhvalını dağıtmaq üçün bir müddət ölkəni tərk etmək qərarına gəldi.
1839-cu ildə İtaliyada səfərdə olan Qoqol orada malyariya xəstəliyinə tutulur. Ölümdən xilas olsa da, bu ağır xəstəlik onun orqanizmində ruhi və fiziki dağıntılara səbəb olur. Deyilənlərə görə, bu xəstəlik yazıçının beynini zədələyir və o, tez-tez ürəkgetmə halından əziyyət çəkir. Yazıçının ən çox əziyyət çəkdiyi isə qarabasmalar idi.
Ömrünün sonlarında hədsiz mövhumatçı olan keşiş Matvey Konstantinoviçlə sıx ünsiyyətdə olmaq, ölümdən sonrakı həyat, savab, günah, əzablarla bağlı həddindən artıq söhbətlər dinləmək xəstəlikdən zəifləmiş orqanizmə malik və uşaqlıqdan axirət xofu yaşayan Qoqola mənfi təsir göstərib. O, keşişin təhriki ilə ömrünün sonuna qədər ibadət üçün ac qalmaqda davam edirdi.
Mövhumatçı keşiş yazıçını inandırmağa çalışırdı ki, onun məşğul olduğu işdə Tanrı rizasını qazana biləcəyi heç nə yoxdur. Yazıçının elə bu əhval və səhhətin təsiri ilə də üzərində uzun illər çalışdığı “Ölü canlar” əsərinin 2-ci cildini yandırdığı deyilir.
Tafefobiya, yəni diri basdırılmaq qorxusundan əziyyət çəkən Qoqolun bu barədə qorxuları o qədər güclü idi ki, yaxınlarına yalnız bədənində həyat əlamətləri tamamən yox olduqdan sonra basdırılması haqqında dönə-dönə yazılı tapşırıqlar verirdi. Hətta onun “Vəsiyyətnamə”si də belə bir cümlə ilə başlayırdı ki, ağlım və düşüncəm üstümdə olduğu halda sizə son vəsiyyətimi bildirirəm: vəsiyyət edirəm ki, bədənim çürüməyə başlamayana kimi məni dəfn etməyəsiniz. Bunu ona görə xatırladıram ki, xəstəliyim dövründə dəqiqələrcə nəbzimin vurmadığı, ürəyimin tamamilə fəaliyyətdən dayandığı vaxtlar az olmayıb.
Yazıçının “Vəsiyyətnamə”sindəki bu cümlələr isə o dəfn olunduqdan sonra haqqında saysız-hesabsız əfsanələr dolaşmasına səbəb oldu. Qoqol 1852-ci il fevralın 21-də vəfat etdi və xristian adətincə 3 gün sonra Müqəddəs Danilov monastrının qəbiristanlığında dəfn edildi.
Bacısı vəfat edərkən anasına ünvanladığı məktubda Qoqol belə bir fikir yazırdı: “O insan xoşbəxt olur ki, Tanrı ona hansısa dəhşətli bədbəxtlik göndərir və bu bədbəxtlik onu ayılmağa və özünə nəzər salmağa məcbur edir”.


Tarix: 15.09.2015

3995