Leninin düşməni, Qandinin dostu



Ədəbiyyatda öz dəsti xətti ilə tanınan Tolstoyun təhsildə də qeyri-adi metodik üslubu olub. Öz dərslərində xüsusi priyomlardan istifadə edib. Belə ki, o otaqda bütün pəncərələrin pərdələrini bağlatdırırdı. Zalın sonunda işıq yanırdı: “Bu, rus ədəbiyyatının siması Qoqoldur”, daha sonra zalın solunda işıq yanırdı: “Bu isə Çexovdur”. Növbəti işıq yanırdı: “Bu da Qorkidir”. Bu cür metod tələbələrin diqqətini yazıçılara yönlədirdi. Çünki otaqda yalnız həmin yazıçıların şəkli olan yerlərdə işıq yanırdı.
O, müəllif hüquqlarından imtina edən ilk şəxs olub. Bu yazıçı hökumət sisteminə qarşı olub və dini baxışlarına görə kilsədən uzaqlaşdırılıb. Bu hələ son deyil. Tolstoy “ Nobel” mükafatından imtina edib. Pula qarşı nifrəti olan Tolstoy hər zaman kasıb əhalinin yanında olub.

165000 səhifə, 90 cild və on minlərlə məktub

Lev Nikolaeviç bizə 165 00 səhifə, 90 tom və 10 minlərlə məktub miras qoyub. Ömrü boyu həyatın mənasını axtran yazıçı bunu - xöşbəxtlikdə və yaxşılıqda gördüyünü hesab edirdi. Həyatın mənası məsələsi L.Tolstoy üçün şəxsiyyətin mənəvi yüksəlişini müəyyən edən başlıca məsələ olub. Onun ən gözəl əsərləri elə bu problemə həsr olunub. “Tövbə”, “Mənim etiqadım nədir? ”, “Allahın məkanı bizim daxilimizdədir” və s. əsərləri bu qəbildəndir. O, “insan nə üçün yaşayır?” sualına dəfələrlə qayıdıb. Bədii obrazlarda, pritça, nağıl, elmi biliklərdə bütün dövrlərin müdriklərin bir və yeganə sualla müraciət edir. İnsan həyatının mənası varmıdır? Əgər varsa nədədir? Əgər yoxdursa, insanlar nə üçün yaşayırlar?.
“Hər kəs dünyanı dəyişmək istəyir. Lakin heç kəs özünü dəyişməyi fikrindən belə keçirmir”. Və ya digər hikmətli söz: Gözləməyi bacaran şəxs hər şeyə nail olur. Güclü insanlar hər zaman sadə olur.



Onu sarsıdan bu idi ki, insanlar gündəlik qayğıları ilə yaşayır və nə üçün həyatda yaşadıqları haqqında düşünmürlər. Həyatın mənası sualı Tolstoyda olum və ölüm problemi ilə əlaqədar olub. Bu problemi isə özünün “İvan İliçin ölümü” əsərində möhtəşəm formada ifadə edib. O, mənəvi təkmilləşmə və mənəvi yüksəlişi təbiətin insana verdiyi nemət, insana daxilən xas olan daxili keyfiyyət kimi başa düşüb. Burada müxtəlif seçim üsulu var. Dini, yaxud dünyəvi yüksəliş - bu, insanın özündən asılıdır və o qədər də vacib deyildir. Vacib olan odur ki, insan “bitki”, yaxud “heyvan həyat” mərhələlərində qalmasın. Vacib odur ki, ki, insan mənəvi, ruhi həyatını yaşasın. Onun üçün həqiqi din odur ki, həmin din mənəvi həyat qaydalarına əsaslansın.
Yazıçının Hindistana, daha çox bu ölkədə mövcud fəlsəfələrə böyük marağı vardı. Çünki yazıçı hesab edirdi ki, zülm, yalan və haqsızlıq eyni şeydir və mübarizə prinsipi düşməni məhv etmək deyil, ancaq zəfər qazanmaqdır. Yazıçı hesab edir ki, əgər zalımlara qarşı zalımların üsulları istifadə edilsə, onlardan fərqləri qalmazdı və o hər cür vəhşiliyə qarşı idi. Mübarizə qanunlarının sonuncusu isə lazım olduğu vaxtda rəqiblərinə insani yardımı əsigəməmək idi.
Qandi Hindistanda məhz bu ideyalardan istifadə etdi. Qandinin Cənubi Afrikada olduğu illərdə meydana gətirdiyi ideologiyasının əsasını, zülmə qarşı mübarizə, vətəndaş itaətsizliyi, Asiya millətçiliyi, Hinduizm cərəyanının dini mistik elementləri, dinlərə hörmət və s. təşkil edirdi. O, zülmkarlara qarşı iki silahdan istifadə edirdi. Birincisi, onlarla əməkdaşlıq etməmək və onlarla birlikdə işləməmək idi. İkincisi isə rəqiblərinə əziyyət verməmək və onlara fiziki ziyan vurmamaq idi. Qandi Afrikada mübarizə apararkən, vəba xəstəliyi vaqe olan vaxt o, mübarizəyə ara verdi və ətrafındakıları düşmənlərinə kömək etmək üçün səfərbər etdi.

Qumara qoyulan malikanə




Rus ədəbiyyatının tanınmış siması olan yazıçı cavanlıqda qumar həvəskarı olub. Bir gün qonşusu Qoroxovla kartla oyun zamanı ona miras qalan Yasnaya Polina malikanəsini uduzub. Bu malikanə yazıçı üçün vacib əhəmiyyət kəsb edirdi. Çünki Tolstoy burada anadan olmuşdu və uşaqlığı burada keçmişdi. Sonradan Tolstoy bu malikanəni pulla almaq istəsə də bu və ya digər səbəbdən mümkün olmayıb.
Lev Tolstoy gələcək həyat yoldaşı Sofya Berslə 34 yaşında tanış olur. Bersin isə 17 yaşı vardı. 48 il birgə yaşayışdan onların 13 övladı dünyaya gəlir. Sofıya yazıçının təkcə həyat yoldaşı deyildi. O, yazıçının yaxın dostu, bütün işlərində onun yanında olan köməkçi, diama yardım edən şəxs idi. İlk iyirmi ildə onlar çox xoşbəxt idilər. Lakin son illər tərəflər arasında ciddi ailə münaqişəsi yaşandı. Səbəb yazıçının özü üçün yaratdığı həyat tərzi və baxışları idi. Bütün hallarda 48 illik ömürdə onların ailədaxili münaqişlərinə baxmayaraq, bu problemi heç vaxt övladlarına göstərmirdirlər.
Ailə yazıçı üçün müqəddəs sayılırdı. Evinin çəpərindən içəri hər kəs qonaq sayılırdı, hətta düşmənləri belə. Övladlarına qarşı çox səbirli olan Tolstoy həyat yoldaşı olmadan heç bir qərar vermirdi. Lakin 48 illik birgə həyatda onları ölüm yox, boşanma ayırdı.
Son məlumatlara əsasən yazıçının nəslinin 350 nəfər davamçısı var. Onlar dünyanın 25 ölkəsində yaşayırlar.
Yazıçının “Hərb və Sülh” trilogiyası öncə “1805-ci il” adlanırdı. Daha sonra “Yaxşı qurtaran hər şey gözəldir” adlandı. Roman 8 dəfə, onun epizodları isə ən azı 25 dəfə köçürülüb. Bütün hallarda yazıçı romana spektik yanaşırdı. Şair Afanasiy Fetomla yazışmasında yazıçı bunları deyib: “ Bir daha “Hərb” sözü ilə başlayan çoxsözlü roman yazmayacağıma görə çox xoşbəxtəm”.

Tostoyun Maksim Qorki və Anton Çexovla dueli

Tolstoy ölkəsini yalnız iki dəfə tərk edib; 1857 və 1861-ci illrdə. Bu da yalnız Qərbdə təhsil sistemini daha dərindən öyrənmək üçün. Geri qayıdan yazıçı iki təhsil sistemini müqayisə edərək deyib ki, Rusiyada təhsil sistemi Qərbin təhsil sistemindən çox geri qalır. Xüsusən də kəndlərdə keçirilən dərslər baxımından. Bundan sonra Tolstoy ədəbiyyatdan kənarlaşaraq malikanəsində Qərb təhsil sistemi ilə kənd uşaqlarına dərs deməyə başladı. Eyni zamanda yazıçı təhsil sahəsində irəli sürüdüyü ideyaların əks olunduğu pedoqoji jurnal nəşr etdirməyə başladı. Lev Nikolayeviç, həmçinin “Azbuka” “Yeni Azbuka” “Oxu kitabı” nın müəllifi olub.
Tolstoy daha çox Maksim Qorki və Anton Çexovla münasibət saxlayırdı. Daha sonra bu siyahıya Turgenev də əlavə olundu. Lakin onlar dost ola bilmədi. Çünki Tolstoyun müəyyən mövzuda tərəflər arasında yaratdığı mübahisə buna imkan vermədi. Hətta bu mübahisə düelə gəlib çıxacaqdı. Lakin Tolstoyun həyat yoldaşı buna imkan vermədi.



İllərini ədəbiyyata və təhsilə həsr edən möhtəşəm yazıçı ömrünün sonuna yaxın arvadı ilə çənə-çənəyə verməkdən yorularaq evdən çıxır və soyuq, qarlı-şaxtalı havada Astapov dəmiryoluna gedir. Bu barədə çox məlumat olmasa da, orada şahidi olmuş insanlar Tolstoyun donaraq öldüyünü bildirir. Rəsmi məlumatda isə dispetçerin otağında öldüyü qeyd edilir.


Tarix: 21.09.2015

4593