Məşhurun kitabxanası - Bill Qeyts


Bill Qeyts - Bu ad hamıya yaxşı tanışdır. Bu insan birbaşa olmasa da, dolayı yolla bütün dünyada hər bir şəxsin həyatını dəyişib. Ölkələrin bugünkü inkişafı məhz onun yaratdığı “Microsoft” şirkəti ilə bağlıdır. Üçüncü növ ölkələr xeyriyyəçilik formasında ondan milyardlarla dollar alıb. Daha dəqiq desək, 28 milyard ABŞ dolları.

2008-ci ildə “Microsoft” şirkətinin rəhbəri vəzifəsindən getdikdən sonra Qeyts öz həyat yoldaşının fondu – “Bill & Melinda Gates Foundation”-a və şəxsi həyatına daha çox vaxt ayırmağa başlayır. Onun yeni həyatında mütaliə böyük yer tutur. Şübhəsiz Qeyts “Microsoft” şirkətindən getməzdən əvvəl də yüzlərlə kitab oxuyub, lakin onun indiki qrafikini nəzərə alsaq, o mütaliəyə daha çox vaxt ayıra bilir.




“Gatesnotes” saytında (Qeytsin qeydləri) saytında o, izləyiciləri ilə oxuduğu kitabların təəssüratlarını bölüşür. Artıq saytda yüzdən artıq resenziya var və onlara nəzərə yetirdikdə sabiq “Microsoft” rəhbərinin qeyri-adi zövqə malik olması dərhal hiss olunur. Bu resenziyalar siyahısında həm Stiv Cobsun bioqrafiyası, həm də Syuzan Kollinzin “Aclıq oyunları” trilogiyası var.

Şübhəsiz ki, bu saytda resenziyası dərc olunan kitablardan hamısı Bill Qeytsin xoşuna gəlməyib, lakin xoşbəxtlikdən o çoxsaylı müsahibələrində bəyəndiyi kitabların bir neçəsinin adını açıqlayıb.

Bill Qeytsin bəyəndiyi kitablar:

«XXI əsrdə kapital », Tomas Pikketi
«Eynşteyn. Onun həyatı və onun kainatı», Uolter Ayzekson
«Açıqcasına. Avtobioqrafiya», Andre Aqqasi
«Stiv Cobs», Uolter Ayzekson.
«Qara Qu Quşu », Нassim Taleb.
«Əgər», Rendall Manro.
«Asiya necə işləyir », Co Stadvell.
«Statistika köməkliyi ilə necə yalan danışmaq olar », Darell Haff
«Siqnal və səs-küy», Neyt Silver.

Hazırladı: Eldar Tan


Tarix: 30.10.2015

3484