Narsisizm


Yaxın keçmişdə də savadsızlığı ilə kifayət qədər diqqətə düşən və ələ salınan İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahian televiziya müsahibəsində da öz siyasi savadsızlığını bir daha ortaya qoyub.

O, Azərbaycan Prezidenti İlham Əliyev barədə danışarkən onun adını “Rəhman Əliyev” deyib. Azərbaycan Prezidentinin adını yanlış bilən Abdullahian çıxışı zamanı bu ölkənin "sionistlər" və "terrorçular"ın "at oynatdığı yerə çevrilməsi" kimi cəfəng fikirlər səsləndirib. İndi sual olunur - AzərbaycanPrezidentinin adını bilməyən, yalnız "Sepah"ın "Qüds Qüvvələri" və onun Amerika tərəfindən öldürülmüş sabiq komandanı Qasım Süleymani ilə yaxın əlaqələrinə görə vəzifədə və postunda yüksələn Abdullahianın Azərbaycana qarşı səsləndirdiyi bu ittihamlar və cəfəngiyat doğru ola bilərmi? Xatırladım ki, bu vəzifəyə qədər Abdullahian İran Xarici İşlər Nazirliyində müxtəlif diplomatik postlarda, əsasən də, xarici işlər nazirinin ərəb ölkələri və Afrika üzrə müavini çalışıb. Onun ərəb və ingilis dillərində "səlis" bildiyi də iddia olunurdu. Lakin son illərdə ingiliscə verdiyi müsahibələrdə biabırçı danışığı ilə lağlağa obyektinə çevrilən Abdullahian avqust ayının sonunda İraqda keçirilən tədbirlərin birində vərəqdən oxumasına baxmayaraq, ərəb dilində bərbad danışığı ilə yenidən bölgə gündəmini tutmuş və ələ salınmışdı.



Tarix: 07.10.2021

1322