Müdafiə Nazirliyi: "Ermənilər içib, özlərini vurublar"


Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

- Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa olub. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur, - nazirlikdən bildirilib.



Tarix: 15.10.2021

773