“Belə bir oğlan yaşayır”dı


“Əgər mən içməsəydim, heç nəyi anlamazdım”

Məşhur kinorejissor, aktyor, ssenariçi, yazıçı, dramaturq və ən nəhayət, əsl rus Vasili Şukşin az yaşasa da, həyatının və yaradıcı taleyinin qeyri-adiliyi ilə yaddaşlara həkk olundu. Həqiqi sənətkarın ilham mənbəyi xalq, ana torpaqdır. Altaydakı ucqar Srostki kəndində anadan olmuş Vasili Şukşin məhz belə sənətkar idi.

V.Şukşinə həqiqi şöhrət gətirən - milyonlarla tamaşaçının çox sevdiyi “İki Fyodor”, “Belə bir oğlan yaşayır”, “Məni işıqlı gələcəyə çağır” bədii filmləri və sənətkarın son işlərindən biri, 1974-cü ildə Bakıda keçirilmiş Ümumittifaq Kino Festivalının baş mükafatına layiq görülmüş “Qırmızı başınağacı” filmi oldu.

Bütün bu uğurlara baxmayaraq Şukşin əsl içki düşkünü idi. Hətta yaratdığı qəhrəmanların gizli simasında da bunu sezmək mümkündür. Onun üçün kənd oğlanı – “samaqon”la, centlmen ifadəsi isə - şampan, konyak və viski ilə təcəssüm olunurdu.

Şukşinə görə, “vodka” – həyatın sevinci, mənasıdır. Məhz buna görə o, öz ətrafına “sabutilnikləri”ni yığmışdı. Onların arasında məşhur kinorejissor Aleksandr Mitta, Sovet kinorejissoru və ssenaristi Andrey Tarkovskidə vardı. Bu içki düşkünlüyünün ucbatından onun dostlarının çoxu 50 yaşından yuxarı yaşamadı.
Şukşinin ikinci arvad Viktoriya Sofronova oğlan övladı dünyaya gətirəndə, bunu eşidən həyat yoldaşı onun yanına yollanaraq arvadına bir şüşə pertveyn -Portuqaliyada istehsal edilən sərt şərab aparmışdı.




Aktrisa Nona Mardukova ilə tanşılq da şərab şüşəsindən başlayır. Çəkiliş üçün gedən baxımlı qadın kupenin qarşısında əlində şərab tutan Şukşinin dəvətini geri qaytara bilmir. Aralarında yaranan qığılcım böyüməyə başlayır. Lakin porblem çıxır, çünki Nona Mardukova evli və bir övladı olan qadın idi.

Bir müddət belə davam etdi. Şukşin ona evlənmək də təklif edəndə Nona oğlunu atmaq, ailəsini dağıtmaq istəmədiyini bildirdi. Amma bir gün qərar verib anasına dedi ki, əri Vyaçeslav Tixonovdan ayrılmaq istəyir. Anası Vyaçeslavı çox sevirdi, qızına razılıq vermədi, dedi ki, ayrılsan çox tənha qalacaqsan, həyat sənin üçün əzaba dönəcək, Slava atılmalı oğlan deyil.

Vyaçeslav Tixonov atılmalı oğlan deyildi, ona görə də Slava özü Nonanı atdı. Şukşinə uymasına göz yuman Vyaçeslav Tixonov bir gün qastrola gedərkən vağzalda sənədlərini evdə unutduğunu görür, sənədlərini götürmək üçün aktyor həmkarı ilə birgə evə qayıdan Slava arvadını tanımadığı Qafqaz əsilli bir kişi ilə evdə yaxalayır. Daha doğrusu, qapını nə qədər döyürsə, açan olmur. O da səfərini təxirə salıb pilləkəndə oturub gözləyir. Evdən Nona ilə həmin kişinin bir yerdə çıxdığını və Nonanın onu öpərək yola saldığını görür. Heç nə demədən içəri keçib sənədlərini götürüb çıxır.

İçki nə qədər pis vərdiş olsa da, Şukşini bir çox problemlərdən xilas edirdi. Onun üç həyat yoldaşı olub. O, Lidiya Fedoseva ilə bir neçə il kirayədə qalırmış kimi yaşayırdı. Burada da içki onun dadına çatırdı, hər dəfə “dəm” olan yazıçı gəlib qapının ağzında mürgülüyir, hər dəfə də qonşulardan utanan qadın artıq onu evə buraxmağa məcbur olurdu. Sonda münasibətlər düzəldi. “Poxmel” vaxtı əsəbi olan keçmiş dənizçi hirsini də arvadından çıxırdı. Arada onu döyür, arada təhqir edir, arada isə hətta həyat yoldaşının arxasınca balta atırdı. Xoşbəxtilkdən həyat yoldaşı öz əcəli ilə öldü.

Stepan Razini ikinci dəfə öldürdülər

Alkoqol asılılığından və mədə xorasından əziyyət çəkən aktyor rejissor Sergey Bondarçukun “Onlar vətən uğrunda vuruşurdular” filminin çəkilişlərindən sonra qrim otağına getdi. Həmin an otaqda Burkin və Nikulin vardı. O, siqaret qutusunun üzərində: Səma, Yağış, Dəfn şəkilləri çəkmişdi. Səhəri yazıçı öz otağında ölü tapıldı.

Onun vaxtsız ölümü barədə versiyalar da müxtəlifdir. Və indinin özündə belə Şukşin yada düşəndə nədənsə əsl səbəbin üstündən sükutla ötürlər. Aktyorun zəhərlənmədən, ürək tutmasından, müharibə səhnəsi çəkilişində aldığı ağır yaradan öldüyü də deyilir. Ancaq məlum olan bir şey var: o, sərxoş və yaralı halda çəkiliş meydanından kənardakı teploxoda gedib və orada da keçinib.
Bundan başqa Şukşinin ölümünün ildönümü ilə bağlı geniş press-konfrans keçirilir. Həmin kofransda Aleksandr Pankratov - Çornıy da iştirak edirdi. İçkili olması kənardan sezilirdi. Öncə jurnalistləri təhqir edən Aleksandr çıxışının sonunda senssasion bəyanat verdi: “Şukşin öz əcəli ilə ölmədi” dedikdən sonra fikrini belə davam etdirdi: “Bir neçə il bundan öncə Piket dağında uca səslə Şukşinin öldürüldüyünü qışqırdım. Bundan sonra mənə qarşı sui-qəsd edildi. Lakin mən sağ qaldım. Daha sonra KQB-nin polkovniki ilə görüşəndə məni niyə öldürmədiyini soruşdum. Cavabı isə qısa oldu: “Həqiqətə görə heç kəs öldürülmür”.
Pankratov hesab edirdi ki, Onun ölümünün arxasında Sovet hakimiyyətinin əli var idi: “Şukşinlə rus ruhunu sındırmaq istədilər. Çünki o, Stepan Razin haqqında film çəkməyi düşünürdü. O, Razini elə ifadə edərdi ki, bu, sovetlərin başında əyləşənlərə baha başa gələrdi. Qorxurdular ki, Şukşin yaratdığı obrazla insanları bunta sürükləyər”.

Eyni zamanda aktyorun keçmiş sevgilisi Nona Mordyukova isə deyirdi ki, Şukşin çəkilişlər zamanı özünü çox yaxşı hiss edirdi və ürəyindən heç zaman şikayət etməmişdi: “Onun cəsədini yarmadılar. Volqoqrada sink qəbirdə qrim olunmuş formada gətirdilər”.

Bütün hallarda Sovet ideyası öz sözünü dedi. Əhali arasında fikir yayıldı ki, guya Şukşini də müharibə abu-havası öldürdü. Ruhu və canından hələ də İkinci Dünya müharibəsinin hissləri çəkilməyən, sovetlərin yazar-vətəndaşı “savaş meydanında” növbəti qurbana çevrildi. Canında hər zaman müharibə qoxusu olan aktyor beləcə 1974-cü ildə həyata vida etdi.

Həyatının çox hissəsini şəhərdə keçirsə də əsl kəndçi idi o. Rusiyada kənd nəsrinin ən görkəmli nümayəndələrindən biri olan yazıçı əsərlərinə də əyalət danışığının bütün kaloritini gətirmişdi.
Onun “Günəş, Qoca və Gənc Qız” hekayəsindəki kimi: “Günlər ağ işıqla yuyunurdu. Torpaq cadar-cadar olmuş, ağaclar isə od tutub yanırdı. Quru otlar ayaq altında qalıb xışıldayırdı. Sərin mehsə ancaq axşamlar əsirdi. Həmin vaxt sürətlə axan Katunya çayının kənarında qoca bir adam peyda olar, eyni yerdə – kötüyün üstündə oturar, günəşə baxardı. Axşamüstü günəş daha böyük və qırmızımtıl olar, dağların arxasına çəkilərdi. Qoca tərpənmədən elə hey oturardı. Qorxunc və qəhvəyi rəngli büzüşmüş əllərini dizlərinin üstünə qoyardı. Üzü qırış-qırış, gözləri donuq idi. Boynu nazik, başı isə yekə idi. Mavi rəngli çit köynəyinin altından kürək sümükləri çölə çıxırdı”.


Tarix: 12.11.2015

3678