İki qardaş arasındakı Qərb


Ukrayna və Rusiya qardaşdırlar. Eyni xalqdırlar. Eyni məzhəbə inanırlar. Eyni slavyan-pravoslav sivilizasiyasının təmsilçiləridirlər. Bütün maraqları eynidir. Aralarında nəinki düşmənçilik, hətta ziddiyyət üçün də səbəb yoxdur...

Qərb Ukraynanı inandırıb ki, o, "vəhşi, pinti və çirkli rusun" ("moskal"ın) tayı deyil, sivildir, Avropa xalqıdır, yeri NATO və Aİ-dir. İllərlə bu təbliğat gedib. Beləcə, iki qardaşdan birini tamahlandırıb, başını yozub, o biri ilə düşmən ediblər. İnandırıblar ki, sənin bəlalarının kökü Rusiyadır. Bu minvalla, başlayıblar kiçik qardaşdan böyüyə qarşı faydalanmağa. İndi də deyirlər ki, Ukraynaya kömək etməyəcəklər. Olanların mahiyyəti budur. Fitnə, riyakarlıq... Yoxsa ki, ay nə bilim "demokratiya", "sivil Qərb", filan, bəsməkan... Ukraynanın atası soğan, anası sarımsaqdırsa, özü haradan oldu gülməşəkər?! Haradan oldu "Avropa xalqı"?! Avropa katolik-protestant sivilizasiyalarının oylağıdır. Orada slavyan-parvoslavlar həmişə yad olacaqlar. İki qardaş Qərbi kənara rədd edib, barışmalıdırlar. Bu müharibə hər ikisi üçün bir ləkədir... Ən böyük ləkə isə Qərbin vicdanında olacaq, amma görünməyəcək: Çünki orada təmiz yer yoxdur.    

Tarix: 25.02.2022

3251

Ən çox gülünənlər