Uşaqları öldürmək olmaz, çünki uşaqlar ölümü anlamaz


UNİCEF-in 2017-ci ildəki hesabatında deyilirdi ki, təkcə bu il ərzində 28 milyon uşaq münaqişələr, müharibələr, etnik təmizləmələr nəticəsində evindən, ailəsindən və vətənindən didərgin düşüb. Bu münaqişələr, müharibələr səbəbiylə öldürülən, şikəst olan uşaqları da hesabata əlavə etsək dəhşətli bir say çoxluğu alınar. Bir şairin belə bir sözü var idi: Uşaqları öldürmək olmaz, çünki uşaqlar ölümü anlamaz. Ölüm onu anlayanlar üçündür. Təəssüf ki, dünyanı bürüyən savaşlarda uşaqlar da böyüklər kimi öldürülür. Çünki savaşlar uşaqları vaxtından tez müdrikləşdirir.



Tarix: 02.03.2022

6570

Ən çox gülünənlər