Məşhurun kitabxanası - Stiv Cobs



Dünyanın nüfuzlu şəxslərinin bəyəndiyi kitablardan danışdığımız “Məşhurun kitabxanası” rubrikasını davam etdiririk. Bu dəfə biz “Apple”-ın sabiq CEO-su, əfsanəvi Stiv Cobs sevimli kitabları barədə danışacağıq.
Stiv Cobs - bu ad dünya da demək olar ki, hamıya tanışdır. Dünyanın əksər ölkələrində insanların böyük hissəsi “Apple” məhsulları - “iPhone”, “iPad”, “iWatch” kimi qurğulardan istifadə edir.
Stiv Jobs, Stiven Paul Jobs (Steven Jobs) (24 fevral 1955 - 5 oktyabr 2011), Apple korporasiyasının təsisçisi və keçmiş ümumi direktoru. Pixar cizgi studiyasının təsisçisı və keçmiş ümumi direktoru olub.
İki müxtəlif müəllifin Stiv Cobs haqqında yazdığı ətraflı bioqrafiyalara baxmayaraq onun hansı kitablar oxumasına dair məlumatlar olduqca azdır. Uolter Ayzeksonun Cobs haqqında bioqrafiyasında “Apple”-in hazırkı rəhbəri Tim Kuk bildirib ki, o, mütaliəyə böyük önəm verib və tez-tez oxuduqları kitabları öz dostlarına, işçilərinə tövsiyə edirdi.


Kukun sözlərinə görə, Stiv Cobs əsasən informasiya əldə etmək üçün oxuyub. 1980-cı ildə şirkətinin iflasa uğramasından sonra dostları onun tez-tez “İnnovatorın dilemması” kitabını oxuduğunu deyirlər. O, bu yolla şirkətin üzləşdiyi problemləri həll etməyə çalışırdı. Nə qədər qəribə olsa da, Stiv Cobsun oxumağa üstünlük verdiyi kitablar arasında bədii əsərlər də az deyil. Cobs Mayn Ridin “Atlant çiyinlərini düzəltdi” əsərinin fanatı olub. Yataq xəstəsi olmasına baxmayaraq, o sevimli əsəri əsasında çəkilən filmə baxmaq üçün kinoteatra gedib.

Stiv Cobsun ən sevimli kitabları:

“Atlant çiyinlərini düzəltdi”, Mayn Rid.
“Mobi Dik”, Herman Melvill.
“1984”, Corc Oruel.
“İnnavatorun dilemması”, Kleyton Kristensen.
“Burada ol”, Ram Dass.
“ Dzen şüuru, başlayanın şüuru”, Syonryu Sudzuki.
“Yoqa avtobioqrafiyası”, Paramahamsa Yohananda.
“Balaca planet üçün dieta”, Frensis Lappe.
“Tornado içərisində”, Ceffri Mur.
“Yalnız paranoiklər sağ qalır”, Endryu Qrouv.

Hazırladı: Eldar Tan



Tarix: 27.11.2015

3775