Məşhurun kitabxanası - Haruki Murakami


Dünyanın nüfuzlu şəxslərinin bəyəndiyi kitablardan danışdığımız “Məşhurun kitabxanası” rubrikasını davam etdiririk.

Bu dəfə biz yapon yazıçı Haruki Murakaminin sevimli kitabları barədə danışacağıq.
Haruki Murakami müasir yapon yazıçısı və tərcüməçi 1949-cu ildə Yaponiyanın Kyoto şəhərində anadan olub. “Norveç meşəsi”, “Kafka sahildə” və digər məşhur əsərlərin müəllifidir.

İnsanların müasir şeylərlə maraqlarının olmamasını öz yaşları ilə əlaqələndirməsi mənə həmişə qəribə gəlib. Dünyada az da olsa, müəyyən bir qrup var ki, yaşlı olmalarına baxmayaraq, trenddə qalır və onları izləmək adama zövq verir. Yazıçı Haruki Murakami məhz belə insanlardandır.

Murakaminin 66 yaşı var, o, ötən ilə qədər aktiv şəkildə “Twitter”dən istifadə edib. O, tez-tez dünyada baş verən proseslər barədə fikir bildirir, marafon qaçışlarında iştirak edir, caz musiqi dinləyir, kokteyl içməyi sevir

Murakami çoxsaylı müsahibələrində dəfələrlə sevdiyi kitablar barədə danışıb. O, həmçinin “Facebook” sosial şəbəkəsində onun həyatı və yaradıcılığına təsir edən üç kitabın – “Böyük Getsbi”, “Karamazov qardaşları”, “Uzun çəkən vida” adını da qeyd edib.

Haruki Murakaminin sevimli kitabları

“Böyük Getsbi”, Frensis Skott Fitscerald.
“Karamazov qardaşlar”, Fyodor Dostoyevski
“Uzun çəkən vida “ ,Reymond Çandler .
“Çovdarlıqda uçurumdan qoruyan”, Cerom Selincer.
“Qəsr”, Franz Kafka
“Heç vaxt məni tək buraxma”, Kadzuo İsiquro.
“Qocalara burda yer yoxdur”, Kormak Makkarti.
“Ölüm mərtəbəsi “, Li Çayld + “Cek Riçer” haqqında əsərlər toplusu
“Tiffanidə səhər yeməyi”, Trumen Kapote.

Hazırladı: Eldar Tan


Tarix: 04.12.2015

3035