20 qəpiyin nostaljisi


Yeniliklərə öyrəşmək həmişə çətin olur. Həmişə keçmiş adətlərin, əxlaqi-ictimai dəyərini itirmiş sınıq-salxaq ənənələrin nostaljisinə qapılanlar, onların unudulmaması üçün mübarizə aparanlar tapılır. Bakubus avtobusları kartla ödəniş sisteminə keçəndən sonra bu yeniliyi heç cür həzm edə bilməyənlər hər gün şəhərdə bu avtobuslarla süpürləşir, sürücülərini döyür, təkərlərini təpikləyirlər. Köhnə əyyamlarda dost-tanışın yerinə 20 qəpik ödəyib hörmət qazanmaqdan məhrum olanlar da bu qəbil insanlardandır.



Tarix: 11.12.2015

23573