Bu, bir Şölət ömrü


İllərlə “yox” de, naz elə, daha yaxşısının yolunu gözlə. Sonra qohumlar daha pullu-imkanlı biri çıxar deyə verməsinlər. Sonra günlərin bir günü yaş otuza-otuz beşə çatsın, yaxın duran olmasın. Nəhayət, yenidən söz göndər, him-cim elə, birtəhər razı sal, başını bişir, şər at, ərə get. Axırda da heç bismillahını eləməmiş maşın vurub xurd-xəşil eləsin.


Tarix: 14.12.2015

4708