İngiliscə dana dümbülü


Guya, elit görünsün deyə şəhərdəki kafelərin, dükan və əyləncə mərkəzlərinin, hətta bəzi ailələrdə uşaqların adını başqa dillərin sözləri ilə adlandırmaq dəb halını alıb. Restoran menyularında isə bəzən, ümumiyyətlə, Azərbaycan dilindən istifadə olunmur. Yəni bizim ətyeyənlər ingilis, rus, italyan dilində yeyib-içməyə məcbur olurlar. İki tərcüməçinin köməkliyi ilə bir saata sifariş verdiyin yemək, masaya gələndə məlum olur ki, bayaqdan uğrunda vuruşduğun elə dədə-babalarımızın yediyi dana dümbülü imiş.


Tarix: 14.12.2015

5758