Məşhurun kitabxanası - Barak Obama


Dünyanın nüfuzlu şəxslərinin bəyəndiyi kitablardan danışdığımız “Məşhurun kitabxanası” rubrikasını davam etdiririk. Bu dəfə biz dünyanın ən nüfuzlu dövlətlərindən biri, ABŞ prezidenti Barak Obamanın bəyəndiyi kitabların siyahısını təqdim edəcəyik.

Barak Hüseyn Obama 1961-ci ildə Havay adalarında, Honolulu da anadan olub. 20 yanvar 2009-cu il tarixindən Amerika Birləşmiş Ştatlarının prezidentidir. Prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatından kiçik senatoru olub. 2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" bu mükafata layiq görülüb.



ABŞ prezidenti Barak Obama bu il Vaşinqton kitabxanasında şagirdlər qarşısında çıxış edib. Həmin çıxışında məlum olub ki, ABŞ prezidenti Doktor Syuzun (Dr.Suess) kitablarının fanatıdır. Onun bəyəndiyi kitablar siyahısında isə bədii əsərlərin sayı əksər insanların gözlədiyindən də çox olub. Yəqin ki, kitablar auditoriya ilə bağlı olub: Çətin ki Obama məktəb şagirdlərinə siyasət, iqtisadiyyat və sosiologiya haqqında oxuduğu kitablardan danışsın.

“Gənc olduğum vaxtlarda, mən kitabxanaya getməyi və kitab oxumağı sevirdim. Mən indi də çox oxuyuram. Lakin Hazırda kitabları həzz almaq üçün deyil, iş üçün oxuyuram”, - deyə Barak obama müsahibələrinin birində qeyd edib.
ABŞ prezidentinin 12 yaşı olanda o, memar, basketbolçu və ya vəkil olmaq istəyib. Obama etiraf edib ki, heç vaxt prezident olmaq barədə düşünməyib.

Biz Barak Obamanın müsahibələrində oxuduğu kitabların adlarını axtardıq və onun bəyəndiyi kitabların siyahısını hazırladıq.

Barak Obamanın bəyəndiyi kitablar:

“Hobbit” və “Üzüklərin Şahı”, Con Tolkin.
“Böyük Getsbi”, Frensis Skott Fitscerald.
Doktor Syuzun Hekayələr toplusu .
“Xəzinələr adası”, Robert Stivenson.
“Ağcaqanaların tanrısı”, Uilyam Qoldinq.
“Birminhem həbsxanasından məktub”, Martin Lüter Kinq .
“Solomonun şah əsəri”, Toni Morrison.
“Xalqların zənginliyinin səbəbləri və təbiəti haqqında araşdırma”, Adam Smit
“Sakit amerikalı”, Qrem Qrin.

Hazırladı: Eldar Tan


Tarix: 18.12.2015

3618