Zövq əsarəti


Seçim zövqü də bütün zövqlər kimi uşaqlıqdan formalaşır.

Bizdə bütün seçimlər uşaqlıqdan başlayaraq valideynlərin əsarətində olduğu üçün ən yetkin fərdimiz də, tutalım, özünə pencək almaq üçün dükana girəndə atasının ona birinci sinifdə aldığı pencəyi seçir.

Çünki həmin ata tanış-biliş vasitəsilə onu instituta salanda da, doğma əmisi qızı ilə evləndirəndə də eyni pencəyi almışdı.

Yəni biz bir pencəkdə doğulub, elə bir pencəkdə də ölürük.


Tarix: 08.01.2016

5235