Can sağlığının ziyanı


Biz ki bu bahalaşmaya görə siqareti, içkini tərgidirik ha, bunun mütləq bir fəsadı olacaq.

Məsələn, get-gedə məclislərimizin bəzəyi olan uzun ömür, can arzusu sıradan çıxacaq.

Siqaret çəkməyən, içki içməyən turp kimi adamın xətrinə dəyə bilər belə qeyri-səmimi arzu.

Ona görə də siqaret çəkmək fiziki sağlamlığımıza ziyandırsa, çəkməmək də mənəvi sağlamlığımıza ziyandır.


Tarix: 12.01.2016

10874