Soğan olsun, nağd olsun


Bahalaşmadan sonra şəhərdə ən çox danışılan mövzulardan biri də budur ki, yenidən kəndə qayıdıb əkin-biçinlə məşğul olmaq lazımdır. Deyəsən, atın, eşşəyin qədir-qiyməti yenidən özünə qayıdacaq. Aşıq Əhlimanın bu gözəl şeri indi lap yerinə düşür.


Allah verib bir oğul boyütmüşəm,
Yeddi qara qoç qurbanın kəsmişəm,
Yolunda bu şirin candan keçmişəm
Mənə gülür gəlib-gedən bəndə, gəl
Oğul, ağrın alım, qayıt kəndə gəl.

Bacıların sənsiz yalqız qalıblar
Yarpaq kimi saralıblar, solublar,
Gedəndən gələdnen xəbər alıblar.
Səhər-axşam çıxır yola gündə, gəl
Oğul, ağrın alım, qayıt kəndə gəl.

Atan xəstə yatır, amanı yoxdur
Bu gündən sabaha gümani yoxdur.
Sənin dərdin ona nizədir, oxdur!
Yaşayırıq yaman çətin gündə, gəl,
Oğul, ağrın alım, qayıt kəndə gəl.

Allah verib səni bizə pay, oğul,
Əməyimizi eyləmə sən zay, ogul.
Çağıranda verən yoxdu "hay", ogul
Pul tapmırıq verək caya, qəndə, gəl,
Oğul, ağrın alım, qayıt kəndə gəl.

Anan deyir: orda-burda küllənir,
Axşamacan şəhərdə veyillənir,
Şəhərə gedənlər sənət öyrənir,
Sənət öyrən, veyillənmə tində gəl,
Oğul, ağrın alım, qayıt kəndə gəl.

Atan-anan sənsiz necə dözəllər?
Oğul deyib gecə-gündüz gəzəllər.
Bilirəm, şəhərdə çoxdur gözəllər...
Qorxuram, düşəsən sən kəməndə, gəl,
Oğul, ağrın alım, qayıt kəndə gəl.

Oğul, eşitginən, sözüm var sənə,
Kəndimizdə tapmışam bir yar sənə.
Aşıq Əhliman da toy qurar sənə.
Çalış, düşməginən felə, fəndə, gəl.
Oğul, ağrın alım, qayıt kəndə




Tarix: 18.01.2016

17441