Toni Morrison: “Mən aqressiv xoşbəxtliyin şahidiyəm” - Müsahibə


“Müharibədən sonra hər kəs pul və əyləncə istehsal etməyə başladı. Mən aqressiv xoşbəxtliyin, saxta həyatın şahidi oldum”.

Rəssamlar və sosialistlər ABŞ-da nadir hallarda mükafata layiq görülür. Çünki Amerika hər zaman yenilikçilərə yad gözlə baxmağa vərdiş edib. Toni Morrison bu ənənəni pozdu. Bu yazıçı Nobel mükafatı alan ilk qaradərili qadındır. Ədəbiyyat çığırında özünəməxsus izi olan yazıçının ən böyük oxucusu ABŞ lideri Barak Obamadır. Bu qadın haqqında danışanda rasizm və seksizmi yaddan çıxarmaq günah olardı. Çünki onun əsərlərində bu iki cərəyan bütün çılpaqlıqları ilə izah olunur.

Onun 1970-ci ildə nəşr olunan “Ən mavi gözlər” romanında ağ amerikalıların gözəllik idealı olan mavi gözləri arzulayan gənc zənci qıza irqlərarası münaqişələrin faciəli təsirindən danışılır.
“Solomonun nəğməsi” romanı da möhtəşəmliyi ilə seçilir. Roman ruhi səyahətin folklor süjeti üzərində qurulub. Ulu babası köləlikdən qurtula bilmiş qəhrəman varlı atasının evini tərk edərək nə vaxtsa gizlədilən ailə sərvətlərini axtarmağa gedir və bu ailə ağacının bərpasıyla nəticələnir. Kitab 1981-ci ildə ədəbi tənqid dərnəyinin Milli mükafatına, Amerika akademiyasının, incəsənət və ədəbiyyat İnstitutunun mükafatlarına layiq görüldü. Yazıçının əsərləri çap olunduğu gündən böyük oxucu marağına səbəb olur, müxtəlif mükafatlar qazanır və ən nüfuzlu jurnallar yazıçının əsərlərindən parçalar verirlər.

Mükafatsız qalan bir romanı belə olmayan Toni Nyu-Yorkdan kənarda Hudzon çayının sahilində yaşayır. Evin pəncərəsindən çaya əsrarəngiz mənzərə açılır. Kiçik körpü isə çaya gözəllik qatır. İnternet-dərgi olan “Interview”nun yazıçının evində aldğı müsahibəni təqdim edirik.

- Bu nə körpüdür belə?

- Tappan Zii. Onu söküb yerində başqasını tikməyi planlaşdırırlar. 1950-ci ildə bu körpünü inşa etmək üçün Nayak kəndinin yarısı məhv edilib. Mənzərənin pozulmaması üçün körpü alçaq tikilib. Məhz bu səbəbdən intihar etmək istəyən şəxslər buradan özünü atanda ölmürlər, çox zaman belləri sınır və əlil olurlar.

- Deyirlər ki, intiharçıların “sevimli” körpüsü olan “Golden Gate”dən özünü atan şəxs öldüyü zaman dəniz yerinə şəhəri görür. Sizcə, bu qəribə deyil? Sizin diplom işiniz də səhv etmirəmsə, Virciniya Vulfun intiharı ilə bağlı olub. Eləmi?


- Mən Vulf və Folkner haqqında yazmışam. O zaman Folkner haqqında çoxlu oxuyurdum. Sizin yadınızda olmaz 1950-ci ildə Amerika ədəbiyyatı yeni idi. Çünki ingilis ədəbiyyatı Amerikanı işğal etmişdi. Və avanqard proffesorlar meydana gəldi, ədəbi mühitdə ciddi dəyişikliklər oldu. Hazırda bu, məni güldürür.

- O zaman sizə afro-amerikalı yazçılar barədə tədris keçirdilər?

- Afroamerikalı yazıçıları heç afroamerika məktəblərində keçmirdilər. Mən Hovard universitetinə qəbul olduğum zaman bir dəfə müəllimdən Şekspirin əsərlərində qaradərili personajların xüsusiyyələri üzərində işləmək barədə təklif irəli sürdüm. Müəllim, sanki, təhqir olunmuş kimi mənə: “Yox, bu mümkün deyil. Biz belə bir şey yazmırıq. Bu çox kiçik mövzudur. Maraqlı heç nə yoxdur axı,” – deyə cavab verdi.

- Bizdə 50-ci illərin stabilliyini 60-ci illərin romantizmi ilə müqayisə etmək tendensiyası var. Lakin siz bir dəfə bu dövrdə narkotik vasitələri istifadə edən cəmiyyətin sosial dərəyə sovurluduqlarını vurğulamışdınız. 50-ci illərin yaxşı cəhətini ərsəyə gətirə bilərsiniz?

- Müharibədən sonra hər kəs pul və əyləncə istehsal etməyə başladı. Mən aqressiv xoşbəxtliyin, saxta həyatın şahidi oldum. Hər şey göründüyü kimi gözəl deyildi. Hər bir ölkədə uşaqlara vətəni sevməyi öyrədirlər. Lakin bu mövcud reallığı dəyişmir. Mən orta məktəb dərsliklərinin redaktoru olduğum zaman bizə “Vətəndaş müharibəsi” ifadəsini işlətməyə icazə vermirdilər. Mütləq “ştatlar arasında müharibə” ifadəsi yazılmalı idi. Hazırda onlar bunu ancaq din baxımdan edirlər. Onlar “qul” ifadəsini “ticarət”lə əvəz etdilər. Siz mənim gördüklərimi dəyişməyi təklif edirsiz? Axı bu mümkünsüzdür.

- Hər səhər durub masada əyləşib və ağ vərəqi qarşınıza qoymaq azadlıqdır, yoxsa əzab?

- 39 yaşımda yazmağa başlayanda yalnız azadlığı düşünmüşəm. Lakin zaman keçdikcə anladım ki, azadlığım iki sahədə mövcuddur. Birincisi – övladlarımdır. Onlar məndən qayğıdan başqa fövqəltəbii heç nə tələb etmir. Onlar mənim seksual olmağımı və ya sosial vəziyyətimi nəzərə almır, onlar bu kriteriyalara görə məni qiymətləndirmir. Halbuki cəmiyyətdə insanları sosial durumuna görə dəyərləndirənlər yetərincədir. Övladlarımdan başqa həyatda hər şey çətindir.
Bir də azadlığımı yazımda hiss edirəm. Kimsə mənə nəsə yazmağı diktə edə bilməz. Bu hər zaman belə olub. Düşündüyüm və istəyidim hər şeyi yazıram. Beynimin məhsulu mənim azadlığımdır.
Bəzən stupor (psixatriyada hərəki pozğunluğun bir növü. Taqətsizlik, halsızlıq, qıcığa qarşı reaksiya sönüklüyü – tərc.) vəziyyətinə düşürəm. Çünki oğlum bir neçə il bundan öncə vəfat etdi. Onu düşünən zaman əlim qələm tutmur. Bir müddət sonra özü-özümə sual verdim ki, görən oğlum bu vəziyyətim barədə nə düşünərdi – “Xahiş edirəm, ana, mən ölmüşəm. Sən davam elə. Bu həyatdır.”- O, yəqin ki, belə deyərdi.

Digər tərəfdən, bilirsiniz mənə nə yardım etdi: qaradərili yazıçı kişilər hesab edir ki, həyatı məhv edən və çətinləşdirən ağdərili insanlardır. Sonra fərqinə vardım ki, qaradərili qadınlarda bu hissiyyat yoxdur. Bəlkə, bu durum 20-ci illərdə yaşayan qaradərili qadınlarda olub. Ancaq müasir qaradərili qadınlarda mövcud deyil. Qaradərili qadınlar azad formada ağdərili kişilərə baxır, münasibət də qurur.

- Kitablarınızın nəşrində problem yaranacağına baxmayaraq, siz ağdərili oxuculara kitab yazmaqdan imtina etdiniz. Bu cür risk?

- Kvinsə köçməmişdən öncə Vaşinqtonda müəllim işləyirdim. O zaman ətrafımda çox ciddi yazıçı və şairlərdən ibarət böyük qrup var idi. Ayda bir dəfə görüşüb öz materiallarımız üzərində fikir mübadiləsi aparırdıq. Görüşə əlində yazısı olmayan şəxs gələ bilməzdi. Bunu nəzərə alaraq kiçik bir hekayə yazdım. Hekayədə qara dərili kiçik bir qız gözlərinin göy olmasını arzu edir. Bu hekayəni uşaqlıqda rastlaşdığım real əhvalat əsasında yazmışdım. Qrupda kiçik hekayəni oxuyub müzakirə etməyə başladılar. Yağan təriflərdən yalnız həzz alırdım. Odur ki, kitabın dərc olunmasında heç bir problem yaşana bilməzdi. Çünki mənim kiçik hekayəmin oxucu auditoriyası yetərincə idi. Hələ romanlarımı demirəm.
Kiçik hekayəmin davamını isə sonradan yazdım. Əlavələri oğlumu yatızdırdıqdan sonra və sübh tezdən, o oyanmamışdan qabaq yazırdım.

- Siz yazmaq üçün sübh tezdən durursuz?

- Səhərlər mən çox ağıllı oluram. Buna “fermerin saatı” deyirlər. Günəş çixmamışdan öncə yuxudan durmaq çox xoşuma gəlir.

- Sizi milli yazıçı hesab edilər. Eyni zamanda Amerikanın vicdanı da adlandırırlar. Nə vaxtsa bu adların sizi yazıçılıqdan kənarlaşdırdığını hiss etmisiniz? Yəni bu cür fenomenal uğur sizi işinizdən ayırmır ki?

- Nobel mükafatı aldığm zaman mənə çox çətin idi. Şükür ilahiyə. Bu mükafatı almaq üçün nəsə düşünməyə ehtiyac olmadı. Əziyyətimin bəhrəsini aldım. Mən küskünlüyü unutmasam da, hədiyyələri qəbul edirəm.

- Siz qara və ağdərili feminist qadınlar arasında mövcud parçalanmanı hiss etmisiniz?

- Qara femininstlər özlərini “Womanest” adlandırırlar. Bu həqiqətən belədir. Çünki onların kişilərə münasibəti tamam fərqlidir. Tarixdən məlumdur ki, qaradərili qadınlar hər zaman öz həyat yoldaşlarını müdafiə edib, onların yanında daha çox olurdular. Bu da təbii haldır. Ölən daha çox qaradərili kişilər olurdu axı. Nəşriyyat evində işlədiyim zaman qadınlar ailələrinin onların təhsil almasına etiraz etmələri ilə bağlı mənə çoxlu şikayətlər edirdilər. Oğlanlar oxuduğu halda qızlar bunun üçün mübarizə aparmalı idi.
Afro-amerika cəmiyyətində isə hər şey tərsinədir. Ancaq qızlar təhsil alırdı. Fikirləşirdilər ki, oğlana çəkilən əziyyət cavabsız qalacaq. Oğlan təhsil aldıqdan sonra işlə təmin olunmalıdır. Bundan başqa onun işlədiyi yerdə yüksək pilləyə qalxmaq ehtimalı da sıfırın altındadır. Başlıca səbəb isə rəng. Qızlarla durum daha sadə idi. Təhsil aldıqdan sonra tibb bacısı və müəllim işləmək daha asandır. Eyni zamanda qız üçün öz sahəsində irəli getmək də asandır. Hazırda isə vəziyyət tamam dəyişib. O zaman qaradərili cəmiyyət özünümüdafiə edən canlı orqanizm idi.

Barak Obama da prezident seçildiyi zaman çox təəccübləndim. Çünki ona qarşı düşmən mövqeyində dayanan yetərincə vəzifəli şəxslər var idi. Bütün hallarda Obamanın gördüyü işlərin yaxşı və pis olmasından asılı olmayaraq, ona qarşı nifrət bəsləyən insanların düşüncəsi mənim üçün artıq retrodur.
Çünki onların bizi alçaltmaq üçün işlətdiyi və “N” hərfi ilə başlayan söz əksinə işlədi. “Neqr” sözü dildə dəlik yaratdı. Hazırda “keniyalı” “Yerli amerikalı olmayan” ifadələri bu boşluqları doldurmağa başlayıb.

Sözlər dili məhv edir. Digər sözlərin məhvi isə normal dilin formalaşmasının qarşısını kəsir. Bir dəfə belə bir məqalə oxudum: “Real problem ondan ibarətdir ki, qaradərili insan dünyanı idarə edir”. Bu cür ifadələri işlədənlər hələ də Obamanın varlığı ilə barışmayanlardır.
Mən rəngdən daha çox cəmiyyətin real durumu haqqında danışmağı sevirəm. Çünki heç kəs rasist doğulmur. Rasizm – sosial konstruksiyadır. Bu daha çox dövlətin yürütdüyü maliyyə və sosial siyasətlə bağlıdır. İnsan əsəbləşir və digər insanlara nifrət eməyə başlayır.

- Qəribədir, sizin kitabınızı hələ də qadağan etmək istəyirlər.

- Bəli. Bu, hər zaman belə olub. Doğma bacım öz övladlarına 18 yaşına çatmayana qədər “Ən mavi gözlər” romanını oxumağa icazə verməyib. Bütün hallarda əgər mənim kitabıma qarşı qadağalar tətbiq olunmasaydı məyus olardım. Bir dəfə Texasın cinayət və məhkəmə nazirliyindən məktub aldım. Həmin məktubda konkret olaraq “Cənnət” adlı romanımın satışının qadağan olunduğu yazılmışdı. Səbəb kimi, guya, kitabımda üsyan və dövlət çevirilişinin təbliği ilə bağlı materialların yer almasıdır. Sən demə, mən bir kitabla üsyan qaldıra bilərəm.
- Polislərin davranışlarından razısınız? Söhbət qaradərili insanlara qarşı rəftardan gedir.

- Hazırda polis sisteminin yaxşılaşdırılması üçün müəyyən addımlar atır. Hər zaman deyirəm, fərq silahsız ağdərili uşaqlara qarşı silah istifadə edildikdən sonra məlum olacaq. Əlbəttə, polislər silahlı ağdərili uşaqları öldürürlər. Lakin silahsız 12 yaşlısını yox...

- Bu cür vahiməli mövzular yazan bir şəxs necə olur ki, depressiyaya düşmür?

- Siz bunu səsləndirdiyiniz zaman kədərin bir hissəsi silinir və ya sönür. Qalan digər hissəni isə dil, söz və kədərin özü daxilinə çəkir.

- Siz əsərlərinizi qələmlə, yoxsa kompyuterdə yazırsız?

- Hazırda mən hər ikisini də istifadə edirəm. Lakin bütün hallarda ilkin olaraq qələmlə yazıram. Daha sonra redaktə etdiyimi kompyuterə köçürürəm.
- Niyə məhz belə? Vərdişdir?

- Bu “yazmaq” adlanır. Cavan nəsil bunu tətbiq etmir. Onlar çap hərflərindən istifadə edir. Əlyazmanın yerini “sms” tutub.

Hazırladı: Günəş Fərhadlı


Tarix: 21.01.2016

3543