Sənətin sirri


“Sənət həyatın güzgüsüdür” ifadəsi ilə razılaşmaq olmur, ona görə ki, həyatda bizə adi gələn bir şey sənətdə rastımıza çıxdıqda bizi heyrətləndirir, tüklərimizi biz-biz edir.

Kinodakı qəhrəmanın ölümü həyatdakı aktyorun ölümündən daha təsirli olur.

Sənətdəki doğmalıq həyatdakından daha çoxdur. Məsələn, el arasında ən yanıqlı “Ana segah”ı oxuyan müğənni haqqında bir də görürsən yazıblar ki, anasını qocalar evinə yerləşdirib.


Tarix: 02.02.2016

5509

Ən çox gülünənlər