Layk görməmişliyi


Kölə ona görə azadlıq istəyir ki, hər gün eyni işi görməkdən bezir. Amma hər gün eyni həyatı yaşayan elə insanlar var ki, heç bir işin qulpundan ona görə yapışmırlar ki, guya, azaddırlar.

Paxıllıq da, qibtə də təxminən eyni hissdir. Sadəcə, paxıllıq başqasını özünə oxşatmaq sancısıdır, qibtə özünü başqasına oxşatmaq sancısı.

Bir də var layk paxıllığı çəkənlər. Bu da “Ziko” virusu kimi təzəçıxanlardandır. Virtual dünyada layk yetimliyi içində çapalayanlar, hər gün layk içində üzən layk olliqarxlarına paxıllıq edirlər.


Tarix: 05.02.2016

5725